Tarix: 25/04/13 CDMA texnologiyasının əhatə dairəsi genişləndiriləcək

Hazırda Azərbaycan regionları üzrə 21 min CDMA şəbəkəsi istifadəçisi mövcuddur. Bir neçə il bundan öncə biz CDMA standartını dəstəkləyən EV-DO texnologiyasının tətbiqinə başlanılıb. Bu texnologiya 2-2,4 Mbit/s sürətlə internetə qoşulmanı təmin edə bilir.
Tarix: 24/04/13 Qiymətli daşlar üçün lisenziya elektron qaydada verilir

Maliyyə Nazirliyində «Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu» elektron xidməti yaradılıb və artıq bu sahədəki lisenziya onun vasitəsilə verilir.
Tarix: 24/04/13 DİN şəffaflığın artırılmasında elektron xidmətlərdən istifadənin səviyyəsini artırır

2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədilə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir.
Tarix: 24/04/13 Bill Qeyts niyə belə etdi?

Cənubi Koreyada işgüzar səfərdə olan “Microsoft”un təsisçisi Bill Qeytsin prezident Pak Kın He ilə görüşü ölkədə qalmaqala səbəb olub.
Tarix: 24/04/13 Görmə qabiliyyəti məhdud olan şəxslərin İKT-dən istifadə imkanları artırılıb

Hazırda Respublika Gözdən Əlillər Cəmiyyətinin kitabxanasında çox sayda audiokaset, disklər, brayl əlifbası ilə kitablar var. Bu barədə məlumatı Gözdən Əlillər Cəmiyyəti kitabxanasının müdiri Şəhla Vəliyeva verib.
Tarix: 24/04/13 “Microsoft” və “ZTE” lisenziya sazişi imzalayıblar

“Microsoft” korporasiyası Çin telekommunikasiya avadanlığı və smartfon istehsalçısı “ZTE” şirkəti ilə lisenziya sazişi bağlayıb. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, saziş “Microsoft”un “Android” və “Chrome” əməliyyat sistemlərinə aid olan bir sıra patentinin lisenziyalaşmasını nəzərdə tutur.
Tarix: 24/04/13 “Associated Press” Barak Obamanı “yaraladı”

Hakerlər Amerikanın “The Associated Press” agentliyinin “Twitter” lentinə müdaxilə edərək Ağ Evdə bir neçə partlayışın baş verməsi və Barak Obamanın yaralanması haqda məlumat yerləşdiriblər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, agentlik xəbər lentinin üzərində nəzarəti bərpa edib və bildirib ki, öncə yerləşdirilmiş məlumatlar həqiqətə uyğun deyil.
Tarix: 24/04/13 “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda jurnalist müsabiqəsi davam edir

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Mobitel”, “Caspian Telecom”, “İnteqral”, “Sun Mobile” Azərbaycanda “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri arasında elan etdiyi müsabiqə 30 aprelə qədər davam edəcək.
Tarix: 24/04/13 Smartfon bazarının həcmi artıb

“TrendForce” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin birinci rübündə 216,4 milyon smartfon satılıb ki, bu da əvvəlki hesabat dövrünün göstəricisindən 9,4% çoxdur.
Tarix: 24/04/13 Elektron tədris resurslarının tətbiqi genişləndiriləcək

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, 2020-ci ilədək Azərbaycan Respublikasının təhsil sistemində elektron dərslər və elektron dərsliklər tədris resurslarının əsasını təşkil edəcəkdir.
Tarix: 24/04/13 10 ildə ilk dəfə

“Apple” şirkəti məlumat verib ki, onun mənfəəti 10 il ərzində ilk dəfə azalıb. Xatırladaq ki, 2013 maliyyə ilinin ikinci rübündə şirkətin mənfəəti 18% azalaraq 9,5 milyard dollar olub. Müqayisə üçün, ötən il bu göstərici 11.6 milyard dollar olub.
Tarix: 24/04/13 Cenevrədə Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqindən danışılıb

Cenevrə şəhərində keçirilən tədbirdə Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi barədə məlumat verilib. “ICTnews” elektron xəbər xidmətinin Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi məlumata görə, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin 18-ci sessiyası çərçivəsində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycanın ikinci dövri məruzəsinə baxılıb.
Tarix: 24/04/13 Rusiya ilə bulud texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Rusiya Elmlər Akademiyası İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru Yakov Qrinberq, texnika üzrə fəlsəfə doktoru İlya Kuroçkin və Sergey Smirnov ilə görüş oldu.
Tarix: 24/04/13 Mikroçip istehsalçısının mədaxili 25% artıb

Britaniyanın “ARM” şirkəti rüblük maliyyə göstəricilərini açıqlayıb. 2013-cü ilin birinci rübündə az enerji sərf edən mikroçiplər istehsalçısının mədaxili 263.9 milyon dollar təşkil edib ki, bu da ötənilki göstəricidən 26% çoxdur.
Tarix: 23/04/13 ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası “Apple”-ın ittihamlarını qəbul etməyib

ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası “Apple” şirkəti tərəfindən “Motorola Mobility” şirkətinin onun qeyri-qanuni sensor ekran funksiyası ilə bağlı patentindən istifadə etməsi ittihamı üzrə pozuntu aşkar etməyib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248