Tarix:25/04/13
Hazırda əsas diqqət genişzolaqlı internetin “Fiber to home” texnologiyası üzərindən inkişafına yönəlib, lakin EV-DO texnologiyası ucqar dağ rayonlarının internetlə təchiz edilməsi nöqteyi- nəzərindən istifadə edilə bilər. “Aztelekom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son dövrdə hər ay istehsalat birliyinin CDMA şəbəkəsinə 200 yeni terminal qoşulur.
Bununla yanaşı, bu il ərzində “Aztelekom” CDMA şəbəkəsinin əhatə dairəsini genişləndirməyi planlaşdırır. Belə ki, ötən il Sumqayıt, Qazax, Füzuli və Abşeronda CDMA şəbəkəsinin əhatə dairəsi genişləndirilib. Bu il isə Gəncə ətrafı rayonlarda bu istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulub.
Hazırda Çinin “Huawei” şirkəti ilə müvafiq avadanlıqların alınması məqsədi ilə danışıqlar aparılır, müsbət razılaşma əldə edildiyi halda müvafiq avadanlıqlar ölkəyə gətiriləcək, bir ay sonra artıq nəzərdə tutulmuş regionda şəbəkənin genişləndirilməsi təmin ediləcək.
Aynur Vəliyeva
CDMA texnologiyasının əhatə dairəsi genişləndiriləcək
Hazırda Azərbaycan regionları üzrə 21 min CDMA şəbəkəsi istifadəçisi mövcuddur. Bir neçə il bundan öncə biz CDMA standartını dəstəkləyən EV-DO texnologiyasının tətbiqinə başlanılıb. Bu texnologiya 2-2,4 Mbit/s sürətlə internetə qoşulmanı təmin edə bilir.Hazırda əsas diqqət genişzolaqlı internetin “Fiber to home” texnologiyası üzərindən inkişafına yönəlib, lakin EV-DO texnologiyası ucqar dağ rayonlarının internetlə təchiz edilməsi nöqteyi- nəzərindən istifadə edilə bilər. “Aztelekom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son dövrdə hər ay istehsalat birliyinin CDMA şəbəkəsinə 200 yeni terminal qoşulur.
Bununla yanaşı, bu il ərzində “Aztelekom” CDMA şəbəkəsinin əhatə dairəsini genişləndirməyi planlaşdırır. Belə ki, ötən il Sumqayıt, Qazax, Füzuli və Abşeronda CDMA şəbəkəsinin əhatə dairəsi genişləndirilib. Bu il isə Gəncə ətrafı rayonlarda bu istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulub.
Hazırda Çinin “Huawei” şirkəti ilə müvafiq avadanlıqların alınması məqsədi ilə danışıqlar aparılır, müsbət razılaşma əldə edildiyi halda müvafiq avadanlıqlar ölkəyə gətiriləcək, bir ay sonra artıq nəzərdə tutulmuş regionda şəbəkənin genişləndirilməsi təmin ediləcək.
Aynur Vəliyeva
Baxış sayı: 870
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır