Tarix: 20/12/12 “Tegra 4” mobil çipi haqqında təfərrüatlar məlum olub

“NVIDIA”-nın növbəti nəsil mobil prosessoru haqqında təfərrüatlar məlum olub. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Tegra 4” mobil çipi rəqabətədavamlı olmaq üçün 28 nanometr texnoloji proses üzrə hazırlanacaq.
Tarix: 19/12/12 Plastik kart üzərindən ödənişləri mobil telefon vasitəsilə də etmək olacaq

"MasterCard" beynəlxalq ödəniş sistemi gələn il Azərbaycanda mobil telefonla ödənişlər etməyə imkan verən xidmətin tətbiqinə başlayacaq. Bu barədə "MasterCard"ın Azərbaycandakı regional meneceri Hakan Açar məlumat verib. Onun sözlərinə görə, sistem mobil ödənişlərin inkişafına böyük diqqət verir və bir çox göstəricilər üzrə dünyada bu bazarın lideridir.
Tarix: 19/12/12 “ULTRA” şirkəti yerli bankda “Elektron sənəd dövriyyəsi” sistemi qurub

“ULTRA” şirkətinin mütəxəssisləri “NikoilBank”da vahid komanda şəklində “DocLogix” E-sənəd dövriyyəsi sistemini 6 ay ərzində uğurla tətbiq etdi. Bu barədə şirkətdən “ICTnews.az”-a verilən məlumata görə, bu E-sənəd dövriyyəsi sistemi daxil olan və göndərilən sənədlərin, həmçinin, daxili yazışmaların avtomatlaşdırılması bankdaxili 100 istifadəçi üçün nəzərdə tutulub.
Tarix: 19/12/12 Yaxın gələcəkdə smartfonlarda yeniliklər gözlənilir

Simsiz enerjidoldurma, elastik qurğular və smartfonların inkişaf etməkdə olan ölkələrdə populyarlaşması yaxın gələcəkdə “ağıllı” telefon bazarı üçün əsas texnologiya və tendensiyalardır. "ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Accenture” konsaltinq şirkəti qlobal smartfon bazarı üçün 3 əsas tendensiyanı açıqlayıb
Tarix: 19/12/12 “Dell” “Credant Technologies” şirkətini satın alır

Kompüter istehsalçısı “Dell” “Credant Technologies” şirkətini satın almaq üçün saziş bağladığını elan edib. “Dell” şirkəti bu satın alma vasitəsilə korporativ məlumatların və şəbəkələrin mühafizəsi üçün məhsul xəttini genişləndirmiş olacaq.
Tarix: 19/12/12 “Samsung” “Apple”-a qarşı Avropada qaldırdığı iddiaları geri götürdü

Koreyanın “Samsung” şirkəti “Apple” şirkətinə qarşı dostluq əli uzadaraq bildirib ki, bundan sonra Avropada “iPhone” və “iPad” qurğularının istehsalçısını onun “SEP” (standards essential patent) patentlərindən qanunsuz istifadəyə görə ittiham etməyəcək. “Samsung”un bəyanatına əsasən, bu qərar istifadəçilərin marağı naminə qəbul edilib.
Tarix: 19/12/12 SAM: «2012-ci ildə Azərbaycan informasiya cəmiyyəti qurmaq niyyətini bir daha təsdiqlədi»

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2012-ci ildə ölkəmiz üçün əhəmiyyət kəsb edən hadisələrin qısa icmalını yayıb. Mərkəzdən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, cari ildə Azərbaycan dövlətinin daxili və xarici siyasətinin uğurları respublikamızın
Tarix: 19/12/12 Ən böyük mobil aparat istehsalçısı hansı şirkətdir?

“IHS iSuppli” analitik şirkəti geridə qoyduğumuz ildə mobil cihaz bazarının inkişafı ilə bağlı ilkin nəticələri elan edib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesablamalara görə, 2012-ci ildə mobil telefon və smartfon satışlarının həcmi ötən illə müqayisədə yalnız 1 faiz artacaq.
Tarix: 19/12/12 “Cisco” “BroadHop” şirkətini satın alır

Şəbəkə avadanlığı istehsalçısı “Cisco Systems” şəbəkələri idarə etmək üçün proqram təminatı istehsal edən “BroadHop” şirkətini satın almaq niyyəti haqqında elan edib. Sazişin şərtləri açıqlanmayıb.
Tarix: 19/12/12 “Oracle” hesabat verib

Korporativ proqram təminatının ən böyük istehsalçısı “Oracle” korporasiyası ikinci maliyyə rübü üzrə hesabat verib. Göstəricilər analitiklərin proqnozundan yuxarı olub. Bu, həmçinin internet vasitəsilə işləyən proqram təminatı satışlarının uğurlu alınması sayəsində mümkün olub
Tarix: 18/12/12 Azərbaycanla Pakistan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəysal Kərim Kundi ilə görüşüb.
Tarix: 18/12/12 Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən sahibkarları Minskdə görüşlər keçirəcək

Sabah Minsk şəhərində "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Azərbaycan-Belarus biznes forumu keçiriləcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidməti İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tarix: 18/12/12 "Elektron xidmət növlərinin siyahısı"na dəyişiklik edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin siyahısı"nda dəyişiklik edilməsi barədə NK qərar qəbul edib.
Tarix: 18/12/12 Ölkə başçısı Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib

Prezident İlham Əliyev Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib.
Tarix: 18/12/12 Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslər üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılıb

Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, müasir infrastrukturun yaradılması üzrə dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248