Tarix:18/12/12
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir. Layihəyə əsasən müasir məhkəmə infrastrukturunun yaradılması, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlər həyata keçirilir.
Artıq layihə çərçivəsində Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya və Ali məhkəmələr, Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunub, "Qeyri-kommersiya hüquqi şəxslər" üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılıb və bütün məhkəmələri əhatə edən vahid veb-portal istifadəyə verilib.
Elektron idarəetmənin təşviqi məqsədi ilə vahid informasiya şəbəkəsinin, habelə elektron notariat sisteminin yaradılmasına dair işlər intensiv davam etdirilir. Eyni zamanda, vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy və Oğuz rayonlarında ən müasir məhkəmə binaları inşa olunub.
Layihə çərçivəsində müasir ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun yaradılması üzrə tədbirlər bundan sonra da səmərəli davam olunur, o cümlədən Sabunçu və Şəki məhkəmə komplekslərinin və Quba Rayon Məhkəməsi üçün yeni inzibati binasının tikintisinə başlanılıb.
CAHANGİR
Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslər üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılıb
Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, müasir infrastrukturun yaradılması üzrə dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahədə əldə edilən mütərəqqi nəticələri görən Dünya Bankı ölkəmizə maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürüb və hazırda "Ədliyyə sisteminin müasirləşdirilməsi" birgə layihəsi icra edilir."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir. Layihəyə əsasən müasir məhkəmə infrastrukturunun yaradılması, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlər həyata keçirilir.
Artıq layihə çərçivəsində Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya və Ali məhkəmələr, Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunub, "Qeyri-kommersiya hüquqi şəxslər" üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılıb və bütün məhkəmələri əhatə edən vahid veb-portal istifadəyə verilib.
Elektron idarəetmənin təşviqi məqsədi ilə vahid informasiya şəbəkəsinin, habelə elektron notariat sisteminin yaradılmasına dair işlər intensiv davam etdirilir. Eyni zamanda, vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy və Oğuz rayonlarında ən müasir məhkəmə binaları inşa olunub.
Layihə çərçivəsində müasir ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun yaradılması üzrə tədbirlər bundan sonra da səmərəli davam olunur, o cümlədən Sabunçu və Şəki məhkəmə komplekslərinin və Quba Rayon Məhkəməsi üçün yeni inzibati binasının tikintisinə başlanılıb.
CAHANGİR
Baxış sayı: 951
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır