12px13px15px17px
Tarix:18/12/12

Ölkə başçısı Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib

Prezident İlham Əliyev Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik Roald Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni akademik Roald Saqdeyevə təqdim etdi. Akademik Roald Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024