Tarix: 16/08/12 “Alma Store” və “Bakcell” birgə aksiyaya start verib

“Apple” şirkətinin Azərbaycanda rəsmi biznes partnyoru və satış mərkəzi “Alma Store” və “Bakcell” mobil operatoru birgə aksiyaya başlayıb.
Tarix: 16/08/12 Şirkətlərə analoq televizorların istehsalının məhdudlaşdırılması tövsiyə edilir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) respublikada televizor istehsal edən şirkətlərə tövsiyələr verib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AZPROMO-dan məlumat verilib. Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş
Tarix: 15/08/12 “Limitsiz+” mobil internet paketi

Artıq “Nar Mobile” abunəçiləri mobil internetdən sərfəli qiymətlərlə istifadə edə biləcəklər. Yeni mobil internet paketinə 1 aylıq limitsiz internet paketi daxil edilir. “Nar Mobile” abunəçiləri (070/077) qeyd edilən mobil internet paketindən istifadə etmək üçün “Limitsiz+” sözünü 777 SMS nömrəsinə və ya USSD vasitəsi ilə (*777#731#Yes) göndərməklə mobil internet paketini aktiv edə bilərlər.
Tarix: 15/08/12 “Acer” şirkəti noutbuk bazarına rəhbərlik edir

Tayvanın fərdi kompyuter istehsalçısı olan “Acer” şirkəti ən böyük noutbuk tədarükçülərinin reytinqində lider mövqedə qərarlaşıb. Bundan sonra şirkətin səhmlərinin qiyməti 5 faizdən çox artıb.
Tarix: 15/08/12 “Apple” şirkətinin planşet bazarındakı payı 70 faiz təşkil edir

“IHS Inc” tədqiqat şirkətinin məlumatına görə, “Apple” şirkətinin planşet bazarındakı payı 2012-ci ilin ikinci rübündə 70 faizə qədər artıb. “IHS” şirkətinin məlumatına əsasən, “Apple” şirkəti ikinci rübdə 17 milyon ədəd “iPad 2” və yeni “iPad” planşet kompyuteri satıb. Nəticədə cari ilin birinci rübü ilə müqayisədə satışların həcmi 44 faiz artıb.
Tarix: 15/08/12 Yüksək texnologiyalar istehsalçıları olan serb şirkətləri Azərbaycan bazarında partnyor axtarırlar

Serbiya şirkətləri azərbaycanlı sahibkarlara əməkdaşlıq təklifləri edir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçisi Yekaterina Qluşayeva məlumat verib. Onun sözlərinə görə, “TELEGROUP”, “IRITEL”, “ENIKOM” və “DEMI” şirkətləri öz məhsullarının Azərbaycan bazarında satışını təmin etmək üçün yerli partnyor tapmaq marağındadır: “
Tarix: 15/08/12 Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlara 4 elektron xidmət təklif edir

Kənd Təsərrüfatı Nazirliyi (KTN) vətəndaşlara 4 elektron xidmət təklif edir. Ölkə əhalisi nazirliyin rəsmi internet səhifəsində (agro.gov.az) «Elektron xidmətlər» bölməsinə daxil olaraq onlardan yararlana bilərlər. Lakin "ICTnews" elektron xəbər xidmətinin əməkdaşlarının diqqətini nazirliyin təqdim etdiyi e-xidmətlərdə bir nüans cəlb edib.
Tarix: 15/08/12 “Gartner”: Mobil telefon alanların sayı azalıb

“Gartner” tədqiqat şirkəti 2012-ci ildə mobil telefon satışları üzrə proqnozuna yenidən baxıb. Buna səbəb dünya iqtisadiyyatındakı qeyri-stabillikdir.
Tarix: 15/08/12 Ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılmasına başlanılıb

Mərkəzi Bank öz məqsədyönlu fəaliyyəti ilə makroiqtisadi və maliyyə sabitliyini etibarlı şəkildə qoruyur, bank və ödəniş sistemlərinin inkişafını təmin edir. Son 20 il ərzində Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili sahəsində bir çox institutsional islahatlar həyata keçirilib, idarəetmə sistemləri müasirləşdirilib və yeni keyfiyyət mərhələsinə qaldırılıb.
Tarix: 14/08/12 İl ərzində mobil telefonların satışı 2,3 faiz azalıb

Gartner analitik şirkəti bu gün hesabat dərc edərək cari ilin ikinci rübündə dünya bazarında mobil telefonların satışının bir il əvvəlin analoji dövrünün səviyyəsindən 2,3 faiz azalmasını açıqlayıb.
Tarix: 14/08/12 Yerli mobil operator abunəçilərinə 12 ay 30 dəqiqə danışıq vaxtı hədiyyə edəcək

“Nar Mobile” "Xoş gəlmisiniz!" adlı kampaniyasının müddəti 15 sentyabr 2012 tarixinədək uzadılıb. Kampaniya çərçivəsində “Nar” nömrəsi alan abunəçilər 12 ay ərzində hər ay ölkədaxili zənglər üçün 30 dəqiqə danışıq vaxtı əldə edirlər.
Tarix: 14/08/12 Azərbaycanda rabitə xidmətlərinin həcmi 18,5 faiz artıb

2012-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir.
Tarix: 14/08/12 Köhnə telefonların 45 faizi yeni telefonların istehsalında istifadə ediləcək

Avropa Birliyi istifadə edilmiş elektronikanın toplanılması və utilizasiyası ilə bağlı yeni şərtlər qəbul edib. Belə ki, Avropa Birliyinə daxil olan ölkələr 2016-cı ildən etibarən 45 faizdən az olmayaraq satılmış və istismar müddətini başa vurmuş texnikanın materiallarından təkrar istifadə üçün utilizasiyanın təmin olunması imkanlarını nəzərdən keçirirlər.
Tarix: 14/08/12 “Apple” razılıq verdi, amma, öz qurğularının "klonlaşdırılmasını" qadağan etdi

“Apple” korporasiyası texnologiyalarını lisenziyalaşdırmağı yalnız koreyalı rəqibinə deyil, həm də “Microsoft” şirkətinə təklif edib. Əsası Bill Qeyts tərəfindən qoyulmuş şirkət “Samsung”dan fərqli olaraq, bəzi patentlərin kross lisenziyalaşdırmasına razılıq verib.
Tarix: 14/08/12 “Azerfon” yeni yığım qaydası tətbiq edir

“Azerfon” mobil operatoru 22.08.2012-ci il tarixdən yeni yığım qaydasını tətbiq edəcək. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, yeni qaydaya əsasən, mobil nömrələrə zəng etmək, SMS və ya MMS göndərmək üçün yalnız 10 rəqəmli yığım qaydası tətbiq olunmalıdır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248