Tarix:15/08/12
Belə ki, adıçəkilən nazirliyin «Rüsumların ödənilməsi» e-xidmətində Amerika Birləşmiş Ştatlarının 1 dollarlıq əskinaslarının şəkli verilib. Bu da elə bir təəssürat yaradır ki, ölkədə rüsumların ödənilməsi dollarla həyata keçirilir. Halbuki Azərbaycanda bütün rüsumlar manatla ödənilir. Məsələ ilə əlaqədar, qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.
KTN-in sözçüsü Murtuzəli Hacıyev tərəfimizdən sözügedən məsələ ilə məlumatlandırıldıqdan sonra bildirib ki, adıçəkilən elektron xidmət yeni yarandığından bəzi qüsurların olması təbiidir: «Saytımızda «Rüsumların ödənilməsi» elektron bölməsində dolların şəklinin verilməsi dizaynerin səhvidir. Orada manatın şəkli olmalıdır. Çünki Azərbaycanda bütün rüsumlar manatla həyata keçirilir. Bu xidmət sayta yeni yerləşdirildiyi üçün orada olan çatışmazlıqlar üzərində işlər aparılır. Qaldırdığınız məsələ də 1-2 günə öz həllini tapacaq».
Yeri gəlmişkən, onu da bildirək ki, bu gün manatın dövriyyəyə buraxıldığı gündür.
Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyutamız olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.
SEYMUR
Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlara 4 elektron xidmət təklif edir
Kənd Təsərrüfatı Nazirliyi (KTN) vətəndaşlara 4 elektron xidmət təklif edir. Ölkə əhalisi nazirliyin rəsmi internet səhifəsində (agro.gov.az) «Elektron xidmətlər» bölməsinə daxil olaraq onlardan yararlana bilərlər. Lakin "ICTnews" elektron xəbər xidmətinin əməkdaşlarının diqqətini nazirliyin təqdim etdiyi e-xidmətlərdə bir nüans cəlb edib.Belə ki, adıçəkilən nazirliyin «Rüsumların ödənilməsi» e-xidmətində Amerika Birləşmiş Ştatlarının 1 dollarlıq əskinaslarının şəkli verilib. Bu da elə bir təəssürat yaradır ki, ölkədə rüsumların ödənilməsi dollarla həyata keçirilir. Halbuki Azərbaycanda bütün rüsumlar manatla ödənilir. Məsələ ilə əlaqədar, qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.
KTN-in sözçüsü Murtuzəli Hacıyev tərəfimizdən sözügedən məsələ ilə məlumatlandırıldıqdan sonra bildirib ki, adıçəkilən elektron xidmət yeni yarandığından bəzi qüsurların olması təbiidir: «Saytımızda «Rüsumların ödənilməsi» elektron bölməsində dolların şəklinin verilməsi dizaynerin səhvidir. Orada manatın şəkli olmalıdır. Çünki Azərbaycanda bütün rüsumlar manatla həyata keçirilir. Bu xidmət sayta yeni yerləşdirildiyi üçün orada olan çatışmazlıqlar üzərində işlər aparılır. Qaldırdığınız məsələ də 1-2 günə öz həllini tapacaq».
Yeri gəlmişkən, onu da bildirək ki, bu gün manatın dövriyyəyə buraxıldığı gündür.
Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyutamız olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.
SEYMUR
Baxış sayı: 907
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır