Tarix: 07/12/11 “RİM” şirkətinə yeni əməliyyat sistemini “BBX” adlandırmağı qadağan ediblər

Albukerke şəhərində (ABŞ) yerləşən Federal məhkəmə “RİM” şirkətinin yeni əməliyyat sisteminin “BBX” adlandırılması ilə bağlı müvəqqəti qadağa çıxarıb. Nəticədə kanadalılar platformanı “BlackBerry 10” adlandırıblar. Amerikanın kiçik “Basis” şirkəti korporasiyaya qarşı işi udmağı bacarıb.
Tarix: 07/12/11 “Apple” korporasiyasının yeni "kosmik" ofisi

“Apple” şirkəti bu gün yeni "kosmik" ofis haqqında məlumat dərc edib. Şirkət ofisi özü üçün doğma olan Kupertino (Kaliforniya ştatı) şəhərində açmağı planlaşdırır. “Apple” şirkəti ikinci əsas ofis binasının yaradılması layihəsini hələ 1 il yarım əvvəl planlaşdırmışdı, həm də o zaman bu işə şəxsən mərhum Stiv Cobs nəzarət edirdi.
Tarix: 07/12/11 “McAfee” şirkəti heyətini azaldır

Antivirus proqram təminatı istehsalçısı “McAfee” bu gün 250 əməkdaşını və ya ştatın təxminən 3%-ni işdən azad etmək planları haqqında bildirib. “McAfee” şirkətinin bəyanatında qeyd edilib ki, bu addım diqqəti əsas fəaliyyət növlərinə yönəltməyə və ümumi effektivliyi qaldırmağa imkan verəcək.
Tarix: 07/12/11 “Motorola Mobility” şirkəti yeni nəsil planşetlərini təqdim edib (VİDEO)

Dekabr ayının sonuna kimi “Verizon Wireless” operatoru “Motorola Mobility” şirkətinin 2 yeni planşet kompyuterinin – “Droid Xyboard 10.1” və “8.2” satışlarına başlayacaq. Təqdim edilmiş qurğular 1,2 QHs takt tezliyi ilə ikinüvəli prosessor, 1 Qb əməli yaddaş, 1.3 meqapikselli ön kamera və 5 meqapikselli arxa kamera, “Wi-Fi” (802.11a/b/g/n)
Tarix: 07/12/11 “HTC” smartfonlarının satışları 30% azalıb

“HTC” şirkəti smartfonlarının satışları noyabr ayında əhəmiyyətli dərəcədə azalıb. Ötən ay “Android” aparatlarının satışlarından Tayvan istehsalçısının əldə etdiyi gəlir oktyabr ayı ilə müqayisədə 30%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 20% azalıb,- “Röyters” agentliyi bildirib. "Bu, mobil qurğular bazarının nə qədər dəyişkən olduğuna bir daha sübutdur" — “Strand Consult” şirkətinin analitiki Con Strend qeyd edib.
Tarix: 07/12/11 Azercell Müştərilərlə Əlaqə Mərkəzi nişanı aldı

Azercell ölkəmizdə ilk dəfə olaraq xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatına layiq görülüb.Operator EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti oldu. Azercell-in Telefon Mərkəzi, hətta aid olduğu TeliaSonera şirkətlər qrupu arasında da bu səviyyəyə çatan ilk qurumdur.
Tarix: 07/12/11 Müsəlmanlar üçün telefon hazırlanıb

“Enmac” şirkəti dindar müsəlmanlar üçün nəzərdə tutulmuş “Enmac MQ710” telefonunu hazırlayıb,- “The Daily Telegraph” xəbər verib.Qurğunun yaddaşına Quranın ərəb dilində mətni və onun 29 dildə tərcüməsi yüklənib. Bundan əlavə, “Enmac MQ710” telefonunda bir sıra əlavə proqramlar qurulub.
Tarix: 07/12/11 TASİM layihəsini reallaşdırmaq üçün konsorsium yaradılmasına dair müzakirələr aparılır

“Trans-Avrasiya Super İnformaiya Magistralı” (TASİM) layihəsini reallaşdırmaq üçün beş ölkənin – Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmasına dair müzakirələr gedir.
Tarix: 06/12/11 “Nano”-SİM kartları dəstəkləyən ilk telefonlar 2012-ci ildə istehsal ediləcək

Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) ilin sonuna kimi yeni tipli SİM-kart standartını (Nano-SİM) təsdiq edəcək. Almaniyanın “Giesecke & Devrient” şirkəti noyabr ayında onları hazırladığını bildirib. “Nano”-SİM kartlarının ölçüləri 12×9 mm təşkil edir ki, bu isə micro-SİM-dən təxminən 3/1 qədər azdır. Əgər adi SİM-kartlarla müqayisə etsək, o zaman ölçülər 60% azalıb.
Tarix: 06/12/11 “Dell” şirkəti ABŞ-da “Streak” planşetinin satışlarını dayandırıb

“Dell” şirkəti ABŞ-da 7 düymlü “Dell Streak 7” planşetinin satışlarını dayandırıb. Bu barədə “Dell” şirkəti bazar ertəsi, dekabr ayının 5-də öz veb-saytı vasitəsilə bildirib. Şirkət planşet satışlarından imtina etmə səbəbini açıqlamayıb. “Engadget” bloqu xəbər verib ki, “Dell Streak 7” planşetini əvvəlki kimi digər ölkələrdə almaq mümkün olacaq.
Tarix: 06/12/11 Çinlilər “Android 4.0” əsasında olan ilk planşet istehsal ediblər

Böyük istehsalçılar planşet və smartfonları “Android 4.0”-a kimi yenilənmə haqqında düşünərkən çinlilər “İce Cream Sandwich” əsasında işləyən və qiyməti 99 dollar olan planşet istehsal ediblər. Qurğu Çinin “İngenic” şirkəti və Amerikanın “MİPS Technologies” şirkətinin iştirakı ilə yaradılıb,
Tarix: 06/12/11 “Windows 8” əməliyyat sistemi ilə işləyən planşetlər dördnüvəli prosessorlarla təchiz ediləcəklər

“Windows 8” əməliyyat sistemi ilə işləyəcək ilk planşet kompyuterləri üçün prosessorları “Qualcomm”, “Texas İnstruments” və “nVidia” şirkətləri tədarük edəcəklər. “Qualcomm” şirkəti “Windows”-planşet istehsalçılarını yeni nəsil “Snapdragon S4” çipləri ilə təmin edəcək. Dördnüvəli prosessorlarla təchiz edilmiş “Windows 8”
Tarix: 06/12/11 “Meizu MX” smartfonu yanvar ayının 1-də satışa çıxarılacaq

Çinin “Meizu” şirkəti “MX” flaqman smartfonunu təqdim edib. Bildirilib ki, yanvar ayının 1-də satışa smartfonun 1,4 QHz takt tezlikli 2 nüvəli “Samsung Exynos 4210” prosessoru və daxili 16 Qb fləş-yaddaşla təchiz edilmiş versiyası çıxarılacaq. Bundan sonra, 2012-ci ildə dördnüvəli çip və 32 QB tutuma malik daşıyıcı ilə olan model satışa çıxarılacaq.
Tarix: 06/12/11 2011-ci ildə yarımkeçirici satışları 300 milyard dolları ötəcək

Yarımkeçirici İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, 2011-ci ildə yarımkeçirici məhsullarının satışları 302 milyard dollara çatmalıdır. Bu isə 2010-cu il ilə müqayisədə 1.3% çoxdur. "Ağır iqtisadi vəziyyətə, həmçinin Asiyada istehsalçıların işinə əngəl yaradan təbii fəlakətlərə baxmayaraq, yarımkeçirici sahəsi əla nəticə göstərib"
Tarix: 06/12/11 “İBM” korporasiyası “Curam Software” şirkətini satın alıb

“İBM” korporasiyası dövlət sektoru üçün proqram təminatı hazırlayan “Curam Software” şirkətini satın alma sazişini elan edib. “Curam” şirkətini satın alma sazişi bu ilin dekabr ayının sonuna kimi bağlanmalıdır. Sazişin şərtləri və qiymət açıqlanmır. “Curam” şirkəti Dublində yerləşir və şirkətdə təxminən 700 işçi çalışır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248