“İBM” korporasiyası “Curam Software” şirkətini satın alıb
“İBM” korporasiyası dövlət sektoru üçün proqram təminatı hazırlayan “Curam Software” şirkətini satın alma sazişini elan edib. “Curam” şirkətini satın alma sazişi bu ilin dekabr ayının sonuna kimi bağlanmalıdır. Sazişin şərtləri və qiymət açıqlanmır.
“Curam” şirkəti Dublində yerləşir və şirkətdə təxminən 700 işçi çalışır. Onun məhsulları dövlət sektorunun təxminən 80 istiqamətində istifadə olunur. “Curam” məhsullarının təsvirində bildirilir ki, onun həlləri dövlət sektoruna müasir texnologiyaları daha geniş tətbiq etməyə və işin effektliliyini yüksəltməyə imkan yaradır.
“İBM” korporasiyası saziş bağlandıqdan sonra “Curam Software” şirkətini “İBM Software Group” bölməsinin strukturuna daxil etməyi planlaşdırır.
Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır