Tarix:07/12/11
Bu gün Kupertino şəhər şurasının saytında “Apple” korporasiyasının yeni binası haqqında daha ətraflı məlumatlar yerləşdirilib. Şirkət binanı "yerə enmiş kosmik gəmi" və ya "nəhəng bublik" ilə müqayisə edir.
Əvvəlki məlumatlara əsasən, “Apple” korporasiyasının yeni ofisində təxminən 12000 insan çalışmalıdır. Yeni kampusun əsas xüsusiyyətlərindən biri özü üçün elektrik enerjisi yaratmasıdır. Yeni bina 4 mərtəbəli olacaq.
“Apple” korporasiyası bu ərazini “Hewlett-Packard” şirkətindən satın alıb.
Bu ərazini 1969-cu ildə “HP” şirkətinin ehtiyacı ilə bağlı Devid Pakkard və Bil Xyulett satın alıblar. “Apple” rəhbəri qeyd edib ki, yeni binada kifayət qədər böyük avtodayanacaq olacaq, lakin kampusun təxminən 80%-i yaşıllıq olacaq. Avtodayanacağın genişlənməsinə ehtiyac olsa, yeraltı mərtəbə yaradılacaq.
“Apple” korporasiyasının yeni "kosmik" ofisi
“Apple” şirkəti bu gün yeni "kosmik" ofis haqqında məlumat dərc edib. Şirkət ofisi özü üçün doğma olan Kupertino (Kaliforniya ştatı) şəhərində açmağı planlaşdırır. “Apple” şirkəti ikinci əsas ofis binasının yaradılması layihəsini hələ 1 il yarım əvvəl planlaşdırmışdı, həm də o zaman bu işə şəxsən mərhum Stiv Cobs nəzarət edirdi.Bu gün Kupertino şəhər şurasının saytında “Apple” korporasiyasının yeni binası haqqında daha ətraflı məlumatlar yerləşdirilib. Şirkət binanı "yerə enmiş kosmik gəmi" və ya "nəhəng bublik" ilə müqayisə edir.
Əvvəlki məlumatlara əsasən, “Apple” korporasiyasının yeni ofisində təxminən 12000 insan çalışmalıdır. Yeni kampusun əsas xüsusiyyətlərindən biri özü üçün elektrik enerjisi yaratmasıdır. Yeni bina 4 mərtəbəli olacaq.
“Apple” korporasiyası bu ərazini “Hewlett-Packard” şirkətindən satın alıb.
Bu ərazini 1969-cu ildə “HP” şirkətinin ehtiyacı ilə bağlı Devid Pakkard və Bil Xyulett satın alıblar. “Apple” rəhbəri qeyd edib ki, yeni binada kifayət qədər böyük avtodayanacaq olacaq, lakin kampusun təxminən 80%-i yaşıllıq olacaq. Avtodayanacağın genişlənməsinə ehtiyac olsa, yeraltı mərtəbə yaradılacaq.
Baxış sayı: 1123
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır