12px13px15px17px
Tarix:29/02/12

70 dollar dəyərində smartfon?

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Google” şirkətinin Direktorlar şurasının sədri Erik Şmidt Barselonada keçirilən “MWC 2012” sərgisində çıxış edərkən bildirib ki, şirkət mobil biznes sahəsində böyük potensial görür. Onun fikrinə görə, smartfonların qiyməti aşağı düşəcək.

"Hazırda 400 dollar dəyərində olan telefon gələn il 100 dollara satılacaq" – “Google” şirkətinin nümayəndəsi bildirib və əlavə edib ki, əsas məqsəd 70 dollar dəyərində smartfon istehsal etməkdir.

Erik Şmidtin sözlərinə görə, “Google” şirkəti artıq mobil bazara xeyli təsir göstərib və şirkət bununla dayanmağa hazırlaşmır. "Əgər hər şey planlaşdırılan kimi alınsa, tezliklə “Android” qurğular hər kəsin cibində  olacaq" - Direktorlar şurasının sədri qeyd edib. "Bizim bir çox partnyorlarımız 100-150 dollar dəyərində telefonlar istehsal edirlər, lakin əsas məqsəd 70 dollar dəyərində smartfon istehsalıdır" - Şmidt bildirib.


 
EMİL
 




Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024