Tarix:05/03/12
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə BMT-nin Baş Assambleyasında qətnamə ilə qəbul edilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini əsas gətirərək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbərliyi Azərbaycanın “Connect” Ərəb Sammitində iştirakını məqsədəuyğun sayıb.
Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr ediləcəkdir.
Təşkilatçılardan aldığımız məlumata görə, toplantıda dünya və region ölkələrindən bir çox dövlət rəsmiləri, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Nazir Əli Abbasovun tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulmuşdur.
Səfər çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün hökumətlərarası “Anlaşma Memorandumu”nun imzalanması, Qətərin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, “Qatar Satellite Company”nin, “Qatar National Broadband Network Company”nin, “Qtel”in (Qətər Dövlət Telekommunikasiya şirkəti) rəhbərliyi və digər ölkələrin İKT, texnologiya və innovasiya sahələrinə cavabdeh hökumət rəsmiləri ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi və “Qatar Foundation”in nəzdində “Qatar Science and Technology Park”ına səfər nəzərdə tutulur.
BTİ-nin Baş katibi Həmadan Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaq.
Nazir “Connect” Ərəb Sammitində iştirak edir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Connect” Ərəb Sammitində iştirak edir.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə BMT-nin Baş Assambleyasında qətnamə ilə qəbul edilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini əsas gətirərək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbərliyi Azərbaycanın “Connect” Ərəb Sammitində iştirakını məqsədəuyğun sayıb.
Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr ediləcəkdir.
Təşkilatçılardan aldığımız məlumata görə, toplantıda dünya və region ölkələrindən bir çox dövlət rəsmiləri, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Nazir Əli Abbasovun tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulmuşdur.
Səfər çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün hökumətlərarası “Anlaşma Memorandumu”nun imzalanması, Qətərin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, “Qatar Satellite Company”nin, “Qatar National Broadband Network Company”nin, “Qtel”in (Qətər Dövlət Telekommunikasiya şirkəti) rəhbərliyi və digər ölkələrin İKT, texnologiya və innovasiya sahələrinə cavabdeh hökumət rəsmiləri ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi və “Qatar Foundation”in nəzdində “Qatar Science and Technology Park”ına səfər nəzərdə tutulur.
BTİ-nin Baş katibi Həmadan Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaq.
Baxış sayı: 1358
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir