12px13px15px17px
Tarix:06/03/12

“Samsung” şirkəti ilk ikinüvəli pleyerini təqdim edib

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Samsung” şirkəti ikinüvəli ”Galaxy Player 70 Plus” portativ multimedia pleyerini təqdim edib. Qurğu 5 meqapikselli kamera, 1 QHs (qiqahers) takt tezlikli prosessor, “Wi-Fi” və “Bluetooth” modulları ilə təchiz edilib. Daxili yaddaş tutumu modeldən asılı olaraq 16 və ya 32 QB (qiqabayt) təşkil edir.

16 QB daxili yaddaş ilə olan “Galaxy Player 70 Plus” pleyerinin qiyməti  təxminən 357 dollar, digər modelin qiyməti isə 420 dollar təşkil edəcək. Pleyer “microSD” yaddaş kartlarını dəstəkləyir və quraşdırılmış hiroskopa (hər cür vəziyyətdə öz sabitliyini mühafizə edən sərbəst oxlu cihaz) malikdir. “Galaxy Player 70 Plus”-un ekranının diaqonalı 5 düym təşkil edir.

Aparatın enerji ilə təchiz olunması 2500 milliamper/saat tutumlu akkumulyator vasitəsi ilə həyata keçirilir. Qurğuya “Android 2.3 Gingerbread” əməliyyat sistemi quraşdırılıb.
 
EMİL




Baxış sayı: 1059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024