Tarix:09/03/12
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, Tim Kuk tədbirdə bildirib ki, şirkət keçən il 15.5 milyon planşet satıb. Bu göstərici dünyanın istənilən böyük istehsalçılarının satılmış yeni kompyuterlərinin sayından çoxdur. "Bir çoxları üçün "iPad" planşeti fərdi kompyuteri tam olaraq əvəz edib. İstifadəçilər onun vasitəsi ilə videoya baxır, elektron poçt ilə işləyir, internetə daxil olur, elektron kitablar oxuyur və müxtəlif oyunlar oynayırlar" – o qeyd edib.
"Hazırda "iPad" planşet kompyuteri üçün 200 min əlavə mövcuddur".
2012-ci il mart ayının 7-si tarixində təqdim edilmiş yeni "iPad" planşet kompyuteri 2048x1536 təsvir ölçülü "Retina" ekran ilə təchiz edilib. "Apple" şirkətinin vitse-prezidenti Filip Şiller qeyd edib ki, hazırda bazarda heç bir planşet belə təsvir ölçüsünə malik deyil. Müqayisə üçün: "iPad 2" planşeti ilə müqayisədə yeni "iPad" planşet kompyuterinin ekranının təsvir ölçüsü təxminən 2 dəfə artıb.
Yeni "iPad" planşeti "ARM" mikroarxitekturası əsasında dörd nüvəli "A5X" mobil prosessoru ilə təchiz olunub. "Apple" şirkətinin bəyanatına əsasən, "A5X" çipinin qrafik məhsuldarlığı "Nvidia Tegra 3" çipinin analoji göstəricisini 2 dəfə ötür.
"iPad 3" planşetində ikinci əhəmiyyətli yenilik 5 meqapikselli "iSight" kamerasıdır. Çəkilmiş materiallar real zaman rejimində emal edilmək üçün birbaşa olaraq "A5X" çipinə ötürülür.
"iPad 3" planşetində üçüncü əhəmiyyətli yenilik – bu, videonu "HD" keyfiyyətdə çəkmək imkanıdır. Lakin bu xüsusiyyət heç də inqilabi deyil, belə ki, bir çox "Android" planşetlər artıq onu dəstəkləyir.
"iPad 3" planşetində dördüncü yenilik səs əlaqəsini dəstəkləməsidir.
"iPad 3" planşetində beşinci yenilik – bu, "LTE" şəbəkələri dəstəkləməsi olub. Bildirilib ki, yeni "iPad" planşetinin "HSPA+" şəbəkələrində sürəti 21 Mbit/san, "DC-HSDPA" şəbəkələrində 42 Mbit/san və "LTE" şəbəkələrində 73 Mbit/san qədər təşkil edir.
Filip Şiller bildirib ki, "iPad 3" planşet versiyasının avtonom iş müddəti adi rejimdə 10 saata qədər, "4G" şəbəkələrində 9 saata qədər təşkil edir. Qurğunun ölçüləri dəyişməz qalıb: qalınlığı 9,4 mm, çəkisi 640 qr təşkil edir.
ABŞ-da yeni "iPad 3" planşetinin 16 QB (qiqabayt) daxili yaddaş ilə olan modelinin qiyməti 499 dollar, 32 QB ilə olan modelin qiyməti 599 dollar, 64 QB-lıq modelin qiyməti isə 699 dollara bərabər olacaq. Əgər alıcı "4G" ilə versiyanı əldə edirsə, onda planşet müvafiq olaraq ona (ABŞ üçün qiymətləri) 629, 729 və 829 dollarda keçinəcək (rəftar edəcək). ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İsveçrə və Yaponiyada yeni qurğunun satışları mart ayının 16-sı tarixindən başlayır.
EMİL
Yeni “iPad” –in özəllikləri məlum oldu
"Apple" şirkəti mart ayının 7-si tarixində çoxdan bəri gözlənilən tədbirini keçirib. "Apple" şirkətinin baş direktoru Tim Kuk tədbirdə bir çox yeniliklər təqdim edib. Təqdim edilən yeniliklərdən biri də "iPad" planşet kompyuteri olub."İCTnews" elektron xəbər xidməti xəbər verir ki, Tim Kuk tədbirdə bildirib ki, şirkət keçən il 15.5 milyon planşet satıb. Bu göstərici dünyanın istənilən böyük istehsalçılarının satılmış yeni kompyuterlərinin sayından çoxdur. "Bir çoxları üçün "iPad" planşeti fərdi kompyuteri tam olaraq əvəz edib. İstifadəçilər onun vasitəsi ilə videoya baxır, elektron poçt ilə işləyir, internetə daxil olur, elektron kitablar oxuyur və müxtəlif oyunlar oynayırlar" – o qeyd edib.
"Hazırda "iPad" planşet kompyuteri üçün 200 min əlavə mövcuddur".
2012-ci il mart ayının 7-si tarixində təqdim edilmiş yeni "iPad" planşet kompyuteri 2048x1536 təsvir ölçülü "Retina" ekran ilə təchiz edilib. "Apple" şirkətinin vitse-prezidenti Filip Şiller qeyd edib ki, hazırda bazarda heç bir planşet belə təsvir ölçüsünə malik deyil. Müqayisə üçün: "iPad 2" planşeti ilə müqayisədə yeni "iPad" planşet kompyuterinin ekranının təsvir ölçüsü təxminən 2 dəfə artıb.
Yeni "iPad" planşeti "ARM" mikroarxitekturası əsasında dörd nüvəli "A5X" mobil prosessoru ilə təchiz olunub. "Apple" şirkətinin bəyanatına əsasən, "A5X" çipinin qrafik məhsuldarlığı "Nvidia Tegra 3" çipinin analoji göstəricisini 2 dəfə ötür.
"iPad 3" planşetində ikinci əhəmiyyətli yenilik 5 meqapikselli "iSight" kamerasıdır. Çəkilmiş materiallar real zaman rejimində emal edilmək üçün birbaşa olaraq "A5X" çipinə ötürülür.
"iPad 3" planşetində üçüncü əhəmiyyətli yenilik – bu, videonu "HD" keyfiyyətdə çəkmək imkanıdır. Lakin bu xüsusiyyət heç də inqilabi deyil, belə ki, bir çox "Android" planşetlər artıq onu dəstəkləyir.
"iPad 3" planşetində dördüncü yenilik səs əlaqəsini dəstəkləməsidir.
"iPad 3" planşetində beşinci yenilik – bu, "LTE" şəbəkələri dəstəkləməsi olub. Bildirilib ki, yeni "iPad" planşetinin "HSPA+" şəbəkələrində sürəti 21 Mbit/san, "DC-HSDPA" şəbəkələrində 42 Mbit/san və "LTE" şəbəkələrində 73 Mbit/san qədər təşkil edir.
Filip Şiller bildirib ki, "iPad 3" planşet versiyasının avtonom iş müddəti adi rejimdə 10 saata qədər, "4G" şəbəkələrində 9 saata qədər təşkil edir. Qurğunun ölçüləri dəyişməz qalıb: qalınlığı 9,4 mm, çəkisi 640 qr təşkil edir.
ABŞ-da yeni "iPad 3" planşetinin 16 QB (qiqabayt) daxili yaddaş ilə olan modelinin qiyməti 499 dollar, 32 QB ilə olan modelin qiyməti 599 dollar, 64 QB-lıq modelin qiyməti isə 699 dollara bərabər olacaq. Əgər alıcı "4G" ilə versiyanı əldə edirsə, onda planşet müvafiq olaraq ona (ABŞ üçün qiymətləri) 629, 729 və 829 dollarda keçinəcək (rəftar edəcək). ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İsveçrə və Yaponiyada yeni qurğunun satışları mart ayının 16-sı tarixindən başlayır.
EMİL
Baxış sayı: 1349
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib