12px13px15px17px
Tarix:14/03/12

“Sony” qeyri-adi dizayna malik smartfon təqdim edib (VİDEO)

“Sony” şirkəti “Xperia-solo” smartfonunu təqdim edib. Smartfon qeyri-adi dizaynda hazırlanıb; belə ki, ekran korpusdan bir az aralı yerləşir. Smartfonda “floating touch” texnologiyası reallaşdırılıb. Belə ki, ekrana barmaqla toxunmadan, sadəcə, barmağı ekranın üzərində hərəkət etdirməklə veb-səyyahda naviqasiyanı həyata keçirmək mümkündür.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, smartfon 3,7 düymlü 854x480 nöqtə təsvir ölçülü ekran, 1 QHs (qiqahers) takt tezlikli ikinüvəli prosessor, “NFC” modulu, “720p” videoyazma imkanı ilə 5 meqapikselli kamera, 8 Qb daxili yaddaş və “microSD” kartları üçün slot ilə təchiz edilib.

Əməliyyat sistemi kimi “Google Android 2.3 Gingerbread” quraşdırılıb, lakin cari ilin yayında “Ice Cream Sandwich” sisteminə kimi yenilənəcəyinə söz verilib. Akkumulyatorun tutumu 1320 milliamper/saatdır. Korpusun ölçüləri 116x59x9,9 mm, çəkisi 107 qr-dır.

İstehlakçılar “Xperia sola” smartfonunu 2012-ci ilin ikinci rübündə qara, ağ və qırmızı rəngli korpuslarda ala biləcəklər.






EMİL



Baxış sayı: 1141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024