Tarix:17/03/12
Yeni texnologiya analizlərin aparılmasını demək olar ki, üç dəfə sürətləndirir və təkcə tibbdə deyil, həm də toksikologiyada, ətraf mühitin monitorinqində, yeni dərmanların işlənib hazırlanmasında və başqa sahələrdə tətbiq oluna bilər.
Nanoborucuqların biocensorlarından kommersiya məqsədilə istifadə edilməsi üçün bəzi tamamlama işləri tələb olunur. Amma alimlər belə hesab edirlər ki, yeni texnologiya ciddi potensiala malikdir. Məsələn, nanoborucuqların köməyi ilə testin dəyəri 1 dollar təşkil edir. Halbuki ənənəvi metodlarla testə 50 dollar sərf olunurdu.
Yeni texnologiyaların açarı karbon nanoborucuqların nadir xüsusiyyətləridir. Uzun nanoborucuqlar nadir mexaniki, optik və elektron xassələrə malikdir. Məsələn, karbon nanoborucuqlarından zülalın aşkara çıxarılması üçün istifadə etmək olar. Bunun üçün nanoborucuğa tələ-zülal bərkidilir və biomarker tutduqda nanoborucuq elektrik müqavimətini dəyişir. Beləliklə, bu və ya digər zülalın, məsələn, süd vəzisi xərçənginin səciyyəvi biomarkerlərinin olmasını müəyyənləşdirmək mümkündür.
Alimlər zülalların başqa səthlərə yapışmasına yol verilməməsi üsulunu tapa bilmişlər ki, bu da analizin aparılması prosesini 2,5 dəfə sürətləndirmişdir. Zülalların seçmə üsulu ilə əlaqələndirilməsinin yaxşılaşdırılması işini davam etdirmək lazımdır, o zaman yeni biosensorların genişmiqyaslı tətbiqinə başlamaq olar.
Nanoborucuqlar əsasında ucuz elektron testlər tibbi diaqnostikanın simasını dəyişəcəkdir. Nadir biomarkerlərin aşkara çıxarılması üzrə ən mürəkkəb testləri belə bir neçə dəqiqəyə aparmaq olar. Özü də müayinənin qiyməti aşağı düşəcək və tibbi xidmətin keyfiyyətinə təsir göstərməyəcəkdir.
Nanotexnologiyalar laboratoriya analizlərini sürətləndirəcək
Oreqon Dövlət Universitetinin tədqiqatçıları tez təsir göstərən ucuz tibbi sensorların yaradılması üçün karbon nanoborucuqlarından istifadə edilməsi üsulunu tapıblar. Gələcəkdə belə qurğular həkimin laboratoriya analizlərini bir neçə dəqiqəyə aparmasına, eyni zamanda xərclərin azalmasına imkan verəcəkdir.Yeni texnologiya analizlərin aparılmasını demək olar ki, üç dəfə sürətləndirir və təkcə tibbdə deyil, həm də toksikologiyada, ətraf mühitin monitorinqində, yeni dərmanların işlənib hazırlanmasında və başqa sahələrdə tətbiq oluna bilər.
Nanoborucuqların biocensorlarından kommersiya məqsədilə istifadə edilməsi üçün bəzi tamamlama işləri tələb olunur. Amma alimlər belə hesab edirlər ki, yeni texnologiya ciddi potensiala malikdir. Məsələn, nanoborucuqların köməyi ilə testin dəyəri 1 dollar təşkil edir. Halbuki ənənəvi metodlarla testə 50 dollar sərf olunurdu.
Yeni texnologiyaların açarı karbon nanoborucuqların nadir xüsusiyyətləridir. Uzun nanoborucuqlar nadir mexaniki, optik və elektron xassələrə malikdir. Məsələn, karbon nanoborucuqlarından zülalın aşkara çıxarılması üçün istifadə etmək olar. Bunun üçün nanoborucuğa tələ-zülal bərkidilir və biomarker tutduqda nanoborucuq elektrik müqavimətini dəyişir. Beləliklə, bu və ya digər zülalın, məsələn, süd vəzisi xərçənginin səciyyəvi biomarkerlərinin olmasını müəyyənləşdirmək mümkündür.
Alimlər zülalların başqa səthlərə yapışmasına yol verilməməsi üsulunu tapa bilmişlər ki, bu da analizin aparılması prosesini 2,5 dəfə sürətləndirmişdir. Zülalların seçmə üsulu ilə əlaqələndirilməsinin yaxşılaşdırılması işini davam etdirmək lazımdır, o zaman yeni biosensorların genişmiqyaslı tətbiqinə başlamaq olar.
Nanoborucuqlar əsasında ucuz elektron testlər tibbi diaqnostikanın simasını dəyişəcəkdir. Nadir biomarkerlərin aşkara çıxarılması üzrə ən mürəkkəb testləri belə bir neçə dəqiqəyə aparmaq olar. Özü də müayinənin qiyməti aşağı düşəcək və tibbi xidmətin keyfiyyətinə təsir göstərməyəcəkdir.
Baxış sayı: 1220
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib