12px13px15px17px
Tarix:19/03/12

Portativ qurğular üçün nazik və elastik batareya hazırlanıb

Yaponiyanın “NEC Corp” şirkəti çox nazik batareya hazırlaması haqqında məlumat verib. Belə ki,  batareyanı 3 mm qalınlığında olan sistem lövhə və digər sxemlərdə istifadə etmək olar. “NEC” şirkətindən bildiriblər ki, “ORB”-nin (Organic Radical Battery), həmçinin bank kartları və elastik ekranlarda istifadə edilməsini təklif etmək niyyətindədirlər. Şirkət batareyaları 2013-cü ildə kütləvi istehsal edəcəyinə söz verib.

Yeni çox nazik batareya layihəsi “NEC Research Labs”-da həyata keçirilən alternativ və yığcam qida mənbələrinin hazırlanması üzrə layihənin bir hissəsidir.

Təqdim edilmiş batareyanın qalınlığı 0,3 mm-dən azdır. Buna baxmayaraq, o, 3 milliamper/saat hasil edə bilir. Bu isə kiçik ekranın enerji ilə təchiz edilməsi üçün kifayətdir.


 
EMİL
 




Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024