Tarix:06/04/12
“İCTnews” elektron xəbər xidməti bildirir ki, platforma kifayət qədər mürəkkəb olacaq.
Belə ki, istifadəçi ilk əvvəl robotun hansı tapşırığı yerinə yetirəcəyini müəyyən etməli, sonra onun konstruksiyasını layihələşdirməli, lazım olan bütün detalları hazırlamalı və quraşdırmalı, həmçinin robotu idarə edən proqram təminatını yazmalı olacaq. Beləliklə, ev şəraitində robot quraşdırmaq istəyən şəxs həm də proqramlaşdırmanın əsaslarını bilməlidir.
Lakin alimlər robotların yaradılması prosesini maksimal dərəcədə asanlaşdırmağa çalışırlar. Məsələn, robotu idarə edəcək proqram təminatının yazılması üçün xeyli sayda hazır funksiya daxil edilmiş ayrıca alətlər dəsti hazırlanır.
Platforma artıq hazırdır və alimlər onun vasitəsilə kiçik ölçülü robot quraşdıra biliblər. Robot sahibinə kiçik predmetləri gətirmək imkanına malikdir. Hazırda alimlər platformanı təkmilləşdirməklə məşğuldurlar və hələ ki onun insanlara nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.
EMİL
Artıq robotları ev şəraitində quraşdırmaq mümkün olacaq
Massaçusets Texniki İnstitutunun əməkdaşları Daniel Rasın rəhbərliyi ilə robotların ev şəraitində qurulması üçün yüksəktexnologiyalı platforma hazırlayırlar. Həmin platforma vasitəsilə istənilən şəxs sadə robot-köməkçini bir neçə saat ərzində əl altında olan vasitələrdən istifadə etməklə quraşdıra bilər.“İCTnews” elektron xəbər xidməti bildirir ki, platforma kifayət qədər mürəkkəb olacaq.
Belə ki, istifadəçi ilk əvvəl robotun hansı tapşırığı yerinə yetirəcəyini müəyyən etməli, sonra onun konstruksiyasını layihələşdirməli, lazım olan bütün detalları hazırlamalı və quraşdırmalı, həmçinin robotu idarə edən proqram təminatını yazmalı olacaq. Beləliklə, ev şəraitində robot quraşdırmaq istəyən şəxs həm də proqramlaşdırmanın əsaslarını bilməlidir.
Lakin alimlər robotların yaradılması prosesini maksimal dərəcədə asanlaşdırmağa çalışırlar. Məsələn, robotu idarə edəcək proqram təminatının yazılması üçün xeyli sayda hazır funksiya daxil edilmiş ayrıca alətlər dəsti hazırlanır.
Platforma artıq hazırdır və alimlər onun vasitəsilə kiçik ölçülü robot quraşdıra biliblər. Robot sahibinə kiçik predmetləri gətirmək imkanına malikdir. Hazırda alimlər platformanı təkmilləşdirməklə məşğuldurlar və hələ ki onun insanlara nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.
EMİL
Baxış sayı: 1688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib