12px13px15px17px
Tarix:12/04/12

Həddindən artıq nazik sərt disklər istehsal edilib

Dünyanın ən böyük sərt disk istehsalçısı olan “Western Digital” şirkəti 320 və ya 500 qiqabayt tutuma malik yeni “Scorpio Blue” adlı sərt disklər təqdim edib. Sərt disklərin əsas xüsusiyyəti onların  qalınlığıdır. Belə ki, diskin qalınlığı  cəmisi 6,8 millimetr təşkil edir.

Beləliklə, “Scorpio Blue” sərt diskləri öz kateqoriyasında ən nazik sərt disklərdir. Şirkətdən bildiriblər ki, yeni sərt disklər ultrabuklarda istifadə edilmək üçün nəzərdə tutulub. Zərbəyə davamlı olan bu disklərin daha bir maraqlı xüsusiyyəti isə, diskin düşməsini müəyyən etmək üçün nəzərdə tutulan sistemi dəstəkləməsidir.

Bu, o deməkdir ki, əgər disk hər hansı bir hündürlükdən yerə düşmə ərəfəsindədirsə, sistem bu vəziyyəti  “başa düşür” və diski zədələnmədən qorumaq üçün bütün əməliyyatları dərhal dayandırır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, 320 QB tutuma malik sərt disk pərakəndə satışda 80 dollar qiymətinə, 500 qiqabaytlıq disk isə 100 dollara olacaq.

EMİL




Baxış sayı: 1693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024