12px13px15px17px
Tarix:13/04/12

Dünyada ən yığcam rəngli tam səhifəli skaner

“PlanOn System Solutions” şirkəti təxminən 160 dollar dəyərində olan  “ScanStik” adlı portativ skanerin satışlarına başlayıb.

“İCTnews.az” elektron xəbər xidməti “hard.compulenta.ru” saytına istinadən bildirir ki, görünüşcə uzun qələmə oxşayan qurğu dünyada ən yığcam rəngli tam səhifəli skanerdir. Onun ölçüləri 227×13×13 millimetr təşkil edir .
“ScanStik” qurğusu “A4” formatının bir kağız vərəqini təxminən 4 saniyə ərzində skan edir. Seyrəklik 150, 300 və ya 600 dpi ola bilər.

Qurğu yaddaş kartları üçün “MicroSD” slotu, kiçik informasiya ekranı və akkumulyator ilə təchiz edilib. Kompyuterlə məlumat mübadiləsi və batareyanın enerji ilə “doldurulması” üçün “USB” interfeysdən istifadə olunur.
 
EMİL




Baxış sayı: 1727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024