12px13px15px17px
Tarix:14/04/12

“Android” ən təhlükəli mobil əməliyyat sistemidir?!

“Trend Micro” şirkəti mobil əməliyyat sistemlərinin etibarlılığı haqqında hesabat dərc edib. 2,89 xal toplamış Kanadanın “Research in Motion” (RIM) şirkətinin “BlackBerry 7” əməliyyat sistemi mobil əməliyyat sistemlərinin etibarlılığı reytinqində birinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə 1,7 xal ilə “Apple” şirkətinin “iOS” platforması, 1,61 xal ilə “Windows Phone 7.5” əməliyyat sistemi yerləşiblər.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, “Trend Micro” şirkətinin məlumatına görə, 1.37 xal toplamış  “Android 2.3” platforması ən təhlükəli mobil əməliyyat sistemi hesab edilib.

"Sistem ziyanverici proqramlara qarşı acizdir. Bundan əlavə, platforma üçün fraqmentlik tipikdir" - hesabatda qeyd edilib. “Trend Micro” şirkətinin mütəxəssisləri hesab edirlər ki, “Android” mobil əməliyyat sisteminin korporativ seqmentdə populyarlıq qazana bilməməsinin əsas səbəblərindən biri də fraqmentlikdir.
 
EMİL




Baxış sayı: 1484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024