12px13px15px17px
Tarix:17/04/12

“iPhone” smartfonu üçün gülləkeçirməyən keys yaradılıb

Yaponiya “Marudai” şirkətinin əməkdaşları “iPhone” smartfonu üçün çox möhkəm keys yaradıblar. O, qurğunu yalnız yerə düşmələrdən deyil, həm də .50 kalibrli güllədən qoruya bilər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, keysin çəkisi 2,1 kq təşkil edir. Rəsmi tövsiyələrə əsasən, onu iki əllə tutmaq, qiymətli səthlərə qoymamaq tövsiyə edilir.

Gülləkeçirməyən keysi istənilən şəxs 2 variantda (ağ və qara) sifariş edə bilər. Keysin qiyməti 650 dollar təşkil edir. Bütün sifarişçilərə hədiyyə kimi .50 kalibrli 1 patron göndərilir.




EMİL
 
 
 
 
 




Baxış sayı: 1545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024