12px13px15px17px
Tarix:07/07/11

Elektromobillər artıq Azərbaycanda

“Renault” elektromobillərinin MDB məkanına, xüsusilə şirkət üçün strateji əhəmiyyət daşıyan və Azərbaycanın da yer aldığı Avrasiya regionuna daxil olması uzunmüddətli perspektiv kimi dəyərləndirilir. Satışa başlamazdan əvvəl labüd infrastruktur və müştəri marağı yaradılmalıdır. Bu sözləri “Renault” şirkətinin Avrasiya regionu üzrə kommersiya direktoru Deni Le Vot deyib.
Deni Le Vot vurğulayıb ki, Moskvada “Fluence Z.E” və “Kangoo Express Z.E” modellərinin sınağı keçirilib. “Sokolnikidə keçirilmiş tədbir çərçivəsində biz Azərbaycan, Belarus və Qazaxıstandan olan tərəfdaşlarımızla yaxından tanış olduq, hər bir bazarın özünəxas xüsusiyyətləri haqqında məlumat əldə etdik”.
Təqdimat mərasimində Azərbaycan, Belarus, Qazaxıstan daxil olmaqla MDB ölkələrinin fərdi və dövlət nəqliyyat şirkətlərinin rəhbərləri, hakimiyyət nümayəndələri iştirak edib.



Baxış sayı: 2564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Oktyabr 2024

08 10 2024