Tarix:20/04/12
Sammitin açılış mərasimində Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russof, Tanzaniya Birləşmiş Respublikasının Prezidenti cənab Jakaya Kikveti, Gürcüstanın Baş naziri cənab Nika Gilauri, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi xanım Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak etmişlər.
Tədbirdə ölkəmizi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. AHT Sammitinin Cənubi Qafqaz regionu üzrə "Fəaliyyət Planı"nın təqdimatı üzrə plenar iclasda iştirak edən nazir ölkəmizin milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırmışdır. Təqdimat mərasimində Azərbaycandan Qeyri-Hökumət Təşkilatının nümayəndəsi, Milli Büdcə Qrupunun rəhbəri, Gürcüstanın ədliyyə nazirinin müavini və Ermənistanın xarici işlər nazirinin müavini, həmçinin, iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Eyni zamanda, regionlar üzrə iki hissədən ibarət, 12 blok üzrə dəvam edən "Hərəkət Planı" təqdimatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etmişlər. Sammit çərçivəsində İsrailin Dövlət xitmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın İnnovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal Sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri cənab Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının idarə heyətinin üzvü xanım Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin, Braziliya hökumətinin "Sivil Dövlət Qurumu"nun rəhbəri xanım Vania Vieira ilə bir sira ikitərəfli görüşlər keçirilmişdir.
Sammitin ikinci günü "İnformasiya Şəffaflığı: Hökumətin Perspektivləri" sessiyasında təşkilatçıların xahişi ilə ölkəmizdə İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün nazir Ə.Abbasov çıxış etmişdir. Çıxışda "Elekton hökumət" çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, həmçinin, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri ücün şəffaf olmasının vacibliyi qeyd edilmişdir. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri cıxış edərək öz təcrübələrini bölüşmüşlər.
"Açıq Hökumət Tərəfdaşlığı" sammitinin işində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak etmişlər.
Azərbaycan nümayəndə heyəti Braziliyada təşkil olunmuş Ümumdünya sammitində iştirak edib
Cari ilin 17-18 aprel tarixlərində Braziliyanın paytaxtı Braziliya şəhərində ABŞ prezidenti Barak Obama və Braziliya prezidenti xanım Dilma Russefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuş ümumdünya "Açıq Hökumət Tərəfdaşlığı"-nın (AHT) Yüksək Səviyyəli İlk İllik Sammiti kecirilmişdir. Tədbirə 60 ölkədən 2000-ə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılmışlar.Sammitin açılış mərasimində Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russof, Tanzaniya Birləşmiş Respublikasının Prezidenti cənab Jakaya Kikveti, Gürcüstanın Baş naziri cənab Nika Gilauri, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi xanım Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak etmişlər.
Tədbirdə ölkəmizi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. AHT Sammitinin Cənubi Qafqaz regionu üzrə "Fəaliyyət Planı"nın təqdimatı üzrə plenar iclasda iştirak edən nazir ölkəmizin milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırmışdır. Təqdimat mərasimində Azərbaycandan Qeyri-Hökumət Təşkilatının nümayəndəsi, Milli Büdcə Qrupunun rəhbəri, Gürcüstanın ədliyyə nazirinin müavini və Ermənistanın xarici işlər nazirinin müavini, həmçinin, iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Eyni zamanda, regionlar üzrə iki hissədən ibarət, 12 blok üzrə dəvam edən "Hərəkət Planı" təqdimatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etmişlər. Sammit çərçivəsində İsrailin Dövlət xitmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın İnnovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal Sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri cənab Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının idarə heyətinin üzvü xanım Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin, Braziliya hökumətinin "Sivil Dövlət Qurumu"nun rəhbəri xanım Vania Vieira ilə bir sira ikitərəfli görüşlər keçirilmişdir.
Sammitin ikinci günü "İnformasiya Şəffaflığı: Hökumətin Perspektivləri" sessiyasında təşkilatçıların xahişi ilə ölkəmizdə İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün nazir Ə.Abbasov çıxış etmişdir. Çıxışda "Elekton hökumət" çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, həmçinin, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri ücün şəffaf olmasının vacibliyi qeyd edilmişdir. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri cıxış edərək öz təcrübələrini bölüşmüşlər.
"Açıq Hökumət Tərəfdaşlığı" sammitinin işində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak etmişlər.
Baxış sayı: 1267
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir