12px13px15px17px
Tarix:23/04/12

Sürücü müdaxilə etmədən avtomobil hərəkət edəcək

“General Motors” (GM) konserni bildirib ki, onun “Cadillac” brendi yeni “Super Cruise” adlı texnologiya hazırlayır. Bu texnologiya sayəsində avtomobil sürücünün müdaxiləsi olmadan hərəkət edəcək.

Texnologiya texniki cəhətdən “Google” şirkətinin avtomatik hərəkət edən avtomobilini xatırladır, lakin ondan fərqli olaraq, “Cadillac” texnologiyanın kommersiyalaşması üzrə konkret planlara malikdir. “GM” konserninin verdiyi məlumata əsasən, avtomobillər yeni texnologiya ilə 3 ildən sonra təchiz ediləcək.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Super Cruise” texnologiyası ilə təchiz edilmiş avtomobil müstəqil olaraq sürət yığmaq, dayanmaq və s. kimi imkanlara malik olacaq.

Lakin şirkətin bəyanatında qeyd edilib ki, “Super Cruise” texnologiyası  yalnız mükəmməl hava şəraitində işləyəcək, çünki güclü yağış və ya duman yol nişanları üzrə hərəkət etmədə çətinlik yarada bilər. Sistem, həmçinin  qar şəraitində işləməyəcək, çünki bu zaman yol nişanları görsənmir.




 
 
EMİL
 




Baxış sayı: 2197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024