12px13px15px17px
Tarix:26/04/12

Kvant kompyuteri kimi işləyə bilən ion kristalı yaradılıb

Avstraliya, ABŞ və CAR-dan olan alimlər qrupu kompyuter texnikası sahəsində inqilabi nailiyyət əldə ediblər: onlar güclü kvant kompyuteri kimi işləyə bilən ion kristalı yaradıblar.

Layihənin iştirakçılarından biri olan avstraliyalı alim Maykl Birsik bildirib ki, yaradılmış "qurğu" ion tələsi sahəsində üzən 300 atomdan ibarətdir.

"Bu hesablama qurğusu klassik mexanika deyil, kvant mexanikası əsasında işləyir – avstraliyalı alim izah edib. Onun potensial hesablama gücü adi  kompyuterlərin gücünü təxminən  dəfə üstələyir. Bu, həqiqətən astronomik ədəddir". Maykl Birsik daha aydın başa düşülmək üçün bildirib ki, hesablama gücünə görə kvant kompyuterinə bərabər adi kompyuter kainat ölçüsündə olmalıdır.

Kvant kompyuterinin adi kompyuterdən əsas fərqi ondan ibarətdir ki, nəzəri olaraq o, bir anda təxminən milyon, adi kompyuter isə bir hesablama aparmaq gücünə malikdir.

Avstraliyalı alim qeyd edib ki, hələ ki bu sahədə yalnız ilkin nəticələr mövcuddur və qarşıda görüləcək çox işlər var. Bu kəşf haqqında məqalə "Neyçur" elmi jurnalının yeni nömrəsində dərc ediləcək.
 
EMİL
 
 




Baxış sayı: 1812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024