12px13px15px17px
Tarix:01/05/12

Məlumatlara səsin müəyyənləşdirilməsi ilə giriş imkanı yaradan ilk fləş kart satışa çıxarılıb

“Hammacher Schlemmer” şirkəti məlumatlara səsin müəyyənləşdirilməsi ilə giriş imkanı yaradan ilk fləş kart satışlarına başlayıb. Qurğunun qiyməti  50 dollar təşkil edir. Fləş kartın tutumu 8 qiqabaytdır.

Fləş kartın təsvirində qeyd edilib ki, məlumatlara giriş əldə etmək üçün alternativ üsul da nəzərdə tutulub. Alternativ üsul fləş kartın sahibi soyuqladıqda və ya onun səsi laringitə görə dəyişdikdə istifadə edilə bilər.

 Bu halda fləş kartdakı məlumatlara giriş əldə etmək üçün kompyuterdə quraşdırılmış proqram təminatı vasitəsilə mətn şifrəsini daxil etmək lazımdır.Qurğunun ölçüləri 2,5×0,75×0,25 santimetr, çəkisi 42,5 qram təşkil edir.




 
EMİL
 




Baxış sayı: 979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024