Tarix:03/05/12
LED istehsalının işə salınması yaxın iki ayda nəzərdə tutulub, ilin sonunadək isə işıq-diod texnologiyalarının tətbiqi planlaşdırılır.
"Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır", - mərkəzdən deyiblər.
Bu sahədə laboratoriya tədqiqatları artıq aparılıb və plana əsasən, işıq-diod işıqlandırma sisteminin istehsalına ilin ortalarında başlamaq planlaşdırılır.
İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.
İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.
Mərkəz, həmçinin infraqırmızı işıq-diodların istehsalını planlaşdırır. Burada məqsəd onların gələcəkdə fiber-optik rabitə xətlərində tətbiq edilməsidir.
Bakı küçələrinin işıqlandırılmasında işıq-diod texnologiyaları tətbiq ediləcək
Bakı küçələrinin işıqlandırılmasında LED işıq-diod texnologiyaları tətbiq ediləcək. Hazırda istehsalat xəttinin sazlanması, zəruri avadanlığın və fasiləsiz qida mənbələrinin quraşdırılması üzrə işlər başa çatdırılır.LED istehsalının işə salınması yaxın iki ayda nəzərdə tutulub, ilin sonunadək isə işıq-diod texnologiyalarının tətbiqi planlaşdırılır.
"Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır", - mərkəzdən deyiblər.
Bu sahədə laboratoriya tədqiqatları artıq aparılıb və plana əsasən, işıq-diod işıqlandırma sisteminin istehsalına ilin ortalarında başlamaq planlaşdırılır.
İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.
İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.
Mərkəz, həmçinin infraqırmızı işıq-diodların istehsalını planlaşdırır. Burada məqsəd onların gələcəkdə fiber-optik rabitə xətlərində tətbiq edilməsidir.
Baxış sayı: 1367
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib