12px13px15px17px
Tarix:03/05/12

Ən populyar əməliyyat sistemi hansıdır

“Windows XP”-nin əməliyyat sistemləri bazarındakı payı tədricən azalır, lakin “Net Applications”-ın məlumatına görə, bu əməliyyat sistemi hələ də fərdi kompyuter (FK) üçün ən məşhur platforma olaraq qalır. Məlumat üçün bildirim ki, “Windows XP” əməliyyat sisteminin payı 2012-ci ilin martında 46,86 faizə bərabər olub. Apreldə isə onun payı bir qədər azalaraq 46,08 faiz təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “Windows 7” əməliyyat sisteminin payı isə 1 ay ərzində 1 faiz artaraq 38,67 faizə bərabər olub.

Analitiklərin fikrincə, “Windows XP” platforması əməliyyat sistemləri bazarında ən azı bir neçə il hökmranlıq edəcək. “Microsoft” korporasiyası bu yaxınlarda elan etdi ki, “Windows XP”,  həmçinin “Office 2003” ofis proqramları paketinin dəstəklənməsi 2014-cü ildə dayandırılacaq.





EMİL




Baxış sayı: 2765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024