Tarix:07/05/12
O, hibrid generator hazırlaması və istehsalı üzrə "Earl Energy" şirkətini yaratmaq üçün Massaçusets Texnologiya İnstitutu və Harvard Universitetində çalışan mütəxəssislərin ən yeni texnologiya hazırlamalarını toplayıb. Qurğu günəş panelləri, dizel-generator və litium-ion akkumulyatorundan ibarətdir. Dizel-generatorlar İraq, Əfqanıstan və bir çox digər yerlərdə gecə-gündüz işləyir, çünki qoşunlar fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunmalıdırlar.
Bu, son dərəcə effektsizdir, çünki enerji istehlakından istifadə günün müxtəlif saatlarında dəfələrə fərqlənir və dizel-generatorlar vaxtın çox hissəsini yanacağı boş yerə yandırırlar. Hibrid generator litium-ion batareya ilə təchiz edilib və yalnız enerji ilə doldurulmaq üçün və ya pik saatlarda qoşulur.
Beləliklə, yeni generator gün ərzində yalnız 4-5 saat maksimal məhsuldarlıqla işləyir, qalan vaxtda isə akkumulyatorun enerjisindən istifadə edir. Həmçinin 10 kilovattlıq günəş panelini qoşmaq mümkündür. ABŞ-ın dəniz piyada qoşununun korpusu yeni 18 kilovattlıq hibrid generatorunu artıq Moxave səhrasında sınaqdan keçirib. Generator yanacaq istehlakını 93 faiz azaltmağa imkan verib. Hazırda bir neçə hibrid generator Əfqanıstanda sınaqdan keçirilir.
Yeni generatorun qiyməti 20 min dollardır.
EMİL
Hibrid generatorlar enerjiyə 93 faiz daha qənaətcildirlər
ABŞ ordusu Əfqanıstanda qoşunların enerji təchizatı ilə bağlı əsas problemlərini həll edə biləcək orijinal hibrid elektrogeneratorlarını sınaqdan keçirir. Yeni generatorun ixtiraçısı keçmiş dəniz piyadaçısı, Kembric Universitetinin məzunu Daq Murxeddir.O, hibrid generator hazırlaması və istehsalı üzrə "Earl Energy" şirkətini yaratmaq üçün Massaçusets Texnologiya İnstitutu və Harvard Universitetində çalışan mütəxəssislərin ən yeni texnologiya hazırlamalarını toplayıb. Qurğu günəş panelləri, dizel-generator və litium-ion akkumulyatorundan ibarətdir. Dizel-generatorlar İraq, Əfqanıstan və bir çox digər yerlərdə gecə-gündüz işləyir, çünki qoşunlar fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunmalıdırlar.
Bu, son dərəcə effektsizdir, çünki enerji istehlakından istifadə günün müxtəlif saatlarında dəfələrə fərqlənir və dizel-generatorlar vaxtın çox hissəsini yanacağı boş yerə yandırırlar. Hibrid generator litium-ion batareya ilə təchiz edilib və yalnız enerji ilə doldurulmaq üçün və ya pik saatlarda qoşulur.
Beləliklə, yeni generator gün ərzində yalnız 4-5 saat maksimal məhsuldarlıqla işləyir, qalan vaxtda isə akkumulyatorun enerjisindən istifadə edir. Həmçinin 10 kilovattlıq günəş panelini qoşmaq mümkündür. ABŞ-ın dəniz piyada qoşununun korpusu yeni 18 kilovattlıq hibrid generatorunu artıq Moxave səhrasında sınaqdan keçirib. Generator yanacaq istehlakını 93 faiz azaltmağa imkan verib. Hazırda bir neçə hibrid generator Əfqanıstanda sınaqdan keçirilir.
Yeni generatorun qiyməti 20 min dollardır.
EMİL
Baxış sayı: 4213
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib