12px13px15px17px
Tarix:15/05/12

Məişət elektronikası üçün yeni sərt disklər istehsal ediləcək

“HGST” (Hitachi Global Storage Technologies) şirkəti “CinemaStar Z7K500”, “C5K1000” və “Z5K500” adlı sərt disklərin tədarüklərinə başlayıb.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2,5 düymlü form-faktorda hazırlanmış sərt disklər TV konsollarda, videomaqnitofon, "ağıllı" televizor və digər məişət elektronikası qurğularında istifadə edilmək üçün nəzərdə tutulub.

1 lövhədən ibarət “CinemaStar Z7K500” disklərinin qalınlığı  7 millimetr, şpindelin fırlanma sürəti 7200 dövr/dəq təşkil edir. Tutumu 250, 320 və ya 500 QB; buferin tutumu isə 32 MB-a  bərabərdir. “Serial ATA 3.0” interfeysi istifadə olunur.

9,5 millimetr qalınlığa malik “CinemaStar C5K1000” sərt diskləri üçün kiçik enerji istehlakı və aşağı səs-küy səviyyəsi xarakterikdir. Bu disklərin tutumu 640 QB, 750 QB və ya 1 Tb-a bərabərdir; şpindelin fırlanma sürəti 5400 dövr/dəq təşkil edir.

“CinemaStar Z5K500” daşıyıcıları 250, 320 və 500 QB tutuma  malik versiyalarda təklif edilirlər. Disklərin qalınlığı 7 millimetr, şpindelin fırlanma sürəti 5400 dövr/dəq təşkil edir.
İstehsalçı sərt disklərin qiyməti haqqında məlumat verməyib.
 
EMİL




Baxış sayı: 1166

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024