12px13px15px17px
Tarix:19/05/12

Smartfonlar üçün üçölçülü ekranlar hazırlanır

“Samsung” və “Nokia” şirkətləri “3D” ekrana malik smartfonlar istehsal edən şirkətlər sırasına daxil olmağa qərar veriblər. Üçölçülü ekrana malik qurğular istehsal edən böyük istehsalçılar hələ ki “HTC” və “LG” şirkətləridir. “Samsung” və “Nokia” şirkətləri bu məsələ ilə bağlı ABŞ-ın Patent və Ticarət Nişanı Bürosuna (USPTO) ərizə veriblər. Bu barədə “UnwiredView” nəşri məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, “Nokia” üçölçülü effekti yaratmaq üçün artıq məlum olan texnologiyadan istifadə edəcək. Həmçinin şirkətin təqdim etdiyi patent ərizəsində ikiölçülü rejimdən üçölçülü rejimə keçid sistemi təsvir edilir.Məlumat üçün bildirim ki, “3D” smartfon istehsal etmiş ilk şirkət “LG” olub.








EMİL




Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024