12px13px15px17px
Tarix:22/05/12

Yeni kontroller hərəkətləri 100 dəfə daha dəqiq müəyyən edir

San-Fransiskodan olan ixtiraçılar “Leap” startapı yaradıblar və gələn ildən yüksəkdəqiqlikli “Leap 3D” adlı kontrolleri satmağa hazırlaşırlar. Bu qurğu hərəkətləri “Microsoft” korporasiyasının istehsalı olan “Kinect” kontrollerindən 100 dəfə daha dəqiq müəyyən edə bilir.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, konstruktorlar hərəkətlərin 0.01 mm dəqiqlikdə müəyyən edilməsinin sirrini gizli saxlayırlar. “Leap 3D” qurğusunun qiyməti 70 dollar təşkil edəcək. Kontrolleri “USB” port vasitəsilə “Windows” və ya “MasOS” əməliyyat sistemi ilə işləyən istənilən kompyuter və ya noutbuka qoşmaq mümkün olacaq.






 
EMİL




Baxış sayı: 1394

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024