Tarix:29/05/12
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, avtomobillər yeni texnologiya sayəsində yollarda sürücüsüz hərəkət edə bilir, lakin sürücünün qəza vəziyyəti halında idarəetmə sükanının arxasına keçmək üçün salonda olması yenə də lazımdır.
”Volvo” və “Ricardo” şirkətlərinin nümayəndələri qeyd ediblər ki, hazırda bir çox avtomobil istehsalçıları avtopilotla işləyən maşınlar üzərində çalışır, lakin yalnız bəziləri sınaqların real yollarda keçirilməsinə qərar verirlər. ”Volvo” və “Ricardo” şirkətlərinin birgə hazırlaması olan avtopilotla işləyən maşınlar təxminən 200 kilometr məsafə qət ediblər.
Sınaqlarda xüsusi kamera, radar, lazer məsafəölçəni, həmçinin real yol hərəkəti zamanı sürücünün göz, əl və ayaqlarını əvəz etməsi üçün nəzərdə tutulmuş bir neçə kompyuterlə təchiz edilmiş avtomobillər yoxlanılıb.
Məlumat üçün bildirim ki, sürücüsüz idarə olunan sistem digər avtomobillərdən yalnız lazımi məsafədə dayanmağı deyil, həmçinin sürət axınını qorumaqla irəlidə gedən avtomobili izləməyi bacarır. Sistem avtomobilin ətrafındakı sahəni daim skan edir və özünü ona uyğun sazlayır.
EMİL
Avtopilotla işləyən maşınlar sınaqdan keçirilir
İsveçin “Volvo” şirkəti İspaniyanın sənaye avtomatlaşdırması üçün həllər istehsalçısı olan “Ricardo” ilə birgə “Project Sartre” (Safe Road Trains for the Environment) layihəsi çərçivəsində hazırlanmış yeni avtomobil texnologiyasını təqdim ediblər və onu İspaniya yollarında sınaqdan keçiriblər.“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, avtomobillər yeni texnologiya sayəsində yollarda sürücüsüz hərəkət edə bilir, lakin sürücünün qəza vəziyyəti halında idarəetmə sükanının arxasına keçmək üçün salonda olması yenə də lazımdır.
”Volvo” və “Ricardo” şirkətlərinin nümayəndələri qeyd ediblər ki, hazırda bir çox avtomobil istehsalçıları avtopilotla işləyən maşınlar üzərində çalışır, lakin yalnız bəziləri sınaqların real yollarda keçirilməsinə qərar verirlər. ”Volvo” və “Ricardo” şirkətlərinin birgə hazırlaması olan avtopilotla işləyən maşınlar təxminən 200 kilometr məsafə qət ediblər.
Sınaqlarda xüsusi kamera, radar, lazer məsafəölçəni, həmçinin real yol hərəkəti zamanı sürücünün göz, əl və ayaqlarını əvəz etməsi üçün nəzərdə tutulmuş bir neçə kompyuterlə təchiz edilmiş avtomobillər yoxlanılıb.
Məlumat üçün bildirim ki, sürücüsüz idarə olunan sistem digər avtomobillərdən yalnız lazımi məsafədə dayanmağı deyil, həmçinin sürət axınını qorumaqla irəlidə gedən avtomobili izləməyi bacarır. Sistem avtomobilin ətrafındakı sahəni daim skan edir və özünü ona uyğun sazlayır.
EMİL
Baxış sayı: 1511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib