12px13px15px17px
Tarix:02/06/12

“Sharp” şirkəti mobil qurğular üçün yeni displeylər təqdim edib

“Sharp” şirkəti “OLED” texnologiyası əsasında hazırlanan maye kristal ekran və panellər həllində əldə etdiyi nailiyyət haqqında məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki,  şirkət indium oksid, qallium və sink (Indium Gallium Zinc Oxide, IGZO) əsasında tranzistorların tətbiqi ilə hazırlanmış 4,9 və 6,1 düym diaqonala malik maye kristal ekranlar təqdim edib. Ekranlar yüksək ayırdetmə dəqiqliyinə və kiçik enerji istehlakına malikdir.

Smartfonlar üçün nəzərdə tutulmuş 4,9 düymlü ekran 1280×720 nöqtə təsvir ölçüsünə malikdir; piksellərin sıxlığı 302 ppi (1 düymə düşən nöqtələrin sayı) təşkil edir. 6.1 düym diaqonala malik  paneldə bu göstərici 2560×1600 nöqtə və 498 ppi təşkil edir.

Həmçinin “OLED” texnologiyası əsasında hazırlanan və 540×960 nöqtə təsvir ölçüsünə malik 3.4 düymlü elastik ekran təqdim edilib.
 
EMİL




Baxış sayı: 1416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Oktyabr 2024

10 10 2024