12px13px15px17px
Tarix:05/06/12

Elastik və möhkəm şüşə istehsal edilib (VİDEO)

“Gorilla Glass” möhkəm şüşəsinin istehsalçısı “Corning Incorporated” şirkəti mobil qurğular üçün nəzərdə tutulmuş yeni məhsul istehsal edib. “Willow Glass” – möhkəmliyə görə “Gorilla Glass”-dan geri qalmayan həddindən artıq nazik elastik şüşədir. Onun qalınlığı cəmisi 100 mikron, təxminən kağız vərəqi ölçüsündə təşkil edir.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Corning Incorporated” şirkətinin yeni hazırlamasının yalnız smartfonlarda deyil, həm də digər istehlak qurğuları, məsələn, planşet və noutbuklarda tətbiq ediləcəyi gözlənilir. Bundan əlavə, “Willow Glass” elastik şüşəsi işıqlandırma qurğuları, günəş batareyalarında tətbiq edilə bilər.








EMİL



Baxış sayı: 1462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024