12px13px15px17px
Tarix:12/06/12

Aşqabadda RRB Rabitə Administrasiyaları Rəhbərləri Şurasının iclası işə başlayır

Bu gün Aşqabadda (Türkmənistan) Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 46-cı iclası işə başlayır.

İki gün davam edəcək iclasda Azərbaycanı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İclasın gündəliyinə RRB-nin MDB ölkələrinin rabitə və informasiyalaşdırma sahəsində gələcək əməkdaşlığına, birliyin rabitə administrasiyalarının radiorabitə və poçt rabitəsi sahəsində beynəlxalq və regional forumlara hazırlığına, elektrorabitə sahəsində qarşılıqlı fəaliyyətinə, o cümlədən yeni iştirakçıların Elektrorabitə Operatorları Şurasına üzvlüyünə xidmət edən tədbirlərin həyata keçirilməsi məsələləri,  eləcə də digər müzakirələr daxildir.

Tədbirdə, həmçinin RRB-nin daxili fəaliyyətinə dair müvafiq qərarların müzakirəsi və qəbulu, habelə birliyin normativ sənədlərinə dəyişiklik və əlavələrin edilməsi planlaşdırılır.  

İclasda tamhüquqlu iştirakçı ölkələrin rabitə administrasiyalarının nümayəndə heyətləri və RRB müşahidəçiləri ilə yanaşı, regional və beynəlxalq təşkilatlardan olan yüksəksəviyyəli qonaqlar da iştirak edir.




Baxış sayı: 1069

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024