12px13px15px17px
Tarix:19/06/12

Dünyada ən nazik smartfon təqdim edilib

Çinin “Oppo” şirkəti “Finder” adlı smartfon təqdim edib. Bu smartfonun qalınlığı “Apple iPhone 4S”-dən 2.65 mm daha nazikdir.

“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən  bildirir ki, “Oppo Finder” smartfonunun xüsusiyyətləri aşağıdakı kimidir:











  • 1.5 QHs takt tezliyində işləyən “Qualcomm S3 Snapdragon Scorpion MSM8260” prosessoru;
  • “Adreno 220” qrafikası;
  • 1 Qb əməli yaddaş və 16 Qb fləş yaddaş;
  • 480x800 nöqtə təsvir ölçüsünə malik 4,3 düymlü “Super AMOLED Plus” displeyi;
  • 1080p formatında video çəkmə imkanına malik 8 meqapikselli kamera;
  • 1,3 meqapikselli ön kamera;
  • 1530 milliamper/saat tutumlu akkumulyator.
 
Aparatın qalınlığı 6,65 millimetr təşkil edir. “Android 4.0” əməliyyat sistemi quraşdırılıb.
“Oppo Finder” smartfonu yaxın vaxtlarda Çində 395 dollar qiymətinə satışa çıxarılacaq.
 
EMİL




Baxış sayı: 1352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024