12px13px15px17px
Tarix:28/06/12

“Nexus 7” planşet kompyuteri təqdim edilib

"Google" şirkəti Kaliforniya ştatının San-Fransisko şəhərində start götürmüş konfransda “Android 4.1 Jelly Bean” əməliyyat sistemi ilə işləyən "Nexus 7" planşet kompyuterini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Asus” şirkəti ilə birgə hazırlanmış planşet dördnüvəli “NVIDIA Tegra 3” prosessoru, 7 düym diaqonallı ekran, 1.3 meqapikselli kamera və “Wi-Fi” modulu ilə təchiz olunub.

Kompyuterin avtonom iş rejimində 9 saata və gözləmə rejimində isə 300 saata qədər işləyə bilər. Qurğunun çəkisi 340 qramdır. Daxili “NFC” modulu elektron ödənişləri həyata keçirməyə imkan yaradır.

"Nexus 7" planşet kompyuterinin qiyməti daxili yaddaş tutumundan asılı olaraq 199-249 dollar arasındadır. Kompyuter iyulun ortasında satışa çıxarılacaq.

EMİL




Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024