Tarix:28/06/12
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Google” şirkətinin həmtəsisçisi Serqey Brinin sözlərinə görə, hələ ki yalnız konfrans iştirakçıları qurğunu sifariş edə bilərlər və onun qiyməti 1500 dollar təşkil edir.
Eynək videokamera kimi işləyir: təsvirləri real zaman rejimində ötürməyə imkan yaradır. "Google"-un köməkçiləri təqdimat zamanı meqapolisin üzərində süzən dirijabldan paraşütlər vasitəsilə qonşu binanın damına eniblər və daha sonra eynəyi idman velosipedlərində konfrans zalına gətiriblər. "Səyahət" təsviri yeni qurğu vasitəsilə yayımlanırdı və dərhal da iri ekrana ötürülürdü.
Serqey Brin qeyd edib ki, qurğu videofaylları ötürə və foto çəkə bilir. "Beləliklə, artıq sizin gördüklərinizi həmin saniyə milyonlar görəcək" - o bildirib.
"Google" şirkətinin nümayəndələri qurğunun geniş kütləyə təqdim edilməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkiblər.
EMİL
Videofaylları ötürə və foto çəkə bilən eynək yaradılıb
"Google" şirkəti San-Fransiskoda start götürmüş “Google I/O” konfransında "Google Glass Explorer Edition" adlı yeni qurğusunu təqdim edib. Bu qurğunun gələcəkdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevriləcəyi bildirilib.“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Google” şirkətinin həmtəsisçisi Serqey Brinin sözlərinə görə, hələ ki yalnız konfrans iştirakçıları qurğunu sifariş edə bilərlər və onun qiyməti 1500 dollar təşkil edir.
Eynək videokamera kimi işləyir: təsvirləri real zaman rejimində ötürməyə imkan yaradır. "Google"-un köməkçiləri təqdimat zamanı meqapolisin üzərində süzən dirijabldan paraşütlər vasitəsilə qonşu binanın damına eniblər və daha sonra eynəyi idman velosipedlərində konfrans zalına gətiriblər. "Səyahət" təsviri yeni qurğu vasitəsilə yayımlanırdı və dərhal da iri ekrana ötürülürdü.
Serqey Brin qeyd edib ki, qurğu videofaylları ötürə və foto çəkə bilir. "Beləliklə, artıq sizin gördüklərinizi həmin saniyə milyonlar görəcək" - o bildirib.
"Google" şirkətinin nümayəndələri qurğunun geniş kütləyə təqdim edilməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkiblər.
EMİL
Baxış sayı: 1313
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib