Tarix:03/07/12
Buna qədər işıq-diodların eksperimental partiyası mərkəz tərəfindən uğurla istehsal edilib. Yaxın günlərdə LED işıq-diod texnologiyaları kütləvi istehsala buraxılacaq.
LED işıq-diod texnologiyalarını artıq ilin sonuna Bakının küçələrinin işıqlandırılmasında tətbiq etmək planlaşdırılır.
Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır.
İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.
İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.
Mərkəz, həmçinin infraqırmızı işıq-diodların istehsalını planlaşdırır. Burada məqsəd onların gələcəkdə fiber-optik rabitə xətlərində tətbiq edilməsidir.
Azərbaycan işıq-diod işıqlandırma mənbələrinin seriya istehsalına başlayır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi LED (Light-emitting diode) işıq-diod işıqlandırma mənbələrinin seriya istehsalına başlayır.Buna qədər işıq-diodların eksperimental partiyası mərkəz tərəfindən uğurla istehsal edilib. Yaxın günlərdə LED işıq-diod texnologiyaları kütləvi istehsala buraxılacaq.
LED işıq-diod texnologiyalarını artıq ilin sonuna Bakının küçələrinin işıqlandırılmasında tətbiq etmək planlaşdırılır.
Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır.
İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.
İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.
Mərkəz, həmçinin infraqırmızı işıq-diodların istehsalını planlaşdırır. Burada məqsəd onların gələcəkdə fiber-optik rabitə xətlərində tətbiq edilməsidir.
Baxış sayı: 1952
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib