12px13px15px17px
Tarix:05/07/12

“Samsung” çat həvəskarları üçün smartfon istehsal edib

“Samsung” şirkəti yeni “Galaxy Chat” smartfonunu təqdim edib. Aparat internet-çat həvəskarları üçün nəzərdə tutulub və sensor ekranla yanaşı, “QWERTY” klaviatura ilə təchiz edilib. “ICTnews” elektron xəbər xidmətinin “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi bloqunda deyilir.

 Qurğu üçün şirkətin “ChatON” adlı  firma messenceri müəyyən edilib. Proqramı aktiv etmək üçün klaviaturada xüsusi düyməni sıxmaq lazımdır. “Galaxy Chat Android 4.0” əməliyyat sisteminin nəzarəti altında işləyir.

Smartfonun çəkisi 112 qram, qalınlığı isə 1,2 sm təşkil edir. Qurğunun arxa panelində 2 meqapiksel təsvir ölçülü kamera yerləşdirilib. Aparatın 3 düymlü ekranı 240x320 nöqtə təsvir ölçüsünə malikdir. “Galaxy Chat” da 4 “Qbyte” daxili yaddaş ilə təchiz olunub. Bununla yanaşı, aparat “microSD” kartlarını dəstəkləmək imkanına malikdir.

“Galaxy Chat” “Wi-Fi” şəbəkəsinə qoşula və “Bluetooth” vasitəsilə başqa qurğularla məlumat mübadiləsi edə bilər. “Samsung” LTE şəbəkələri üçün də smartfonun versiyasını buraxmağı planlaşdırır, amma hələlik hansı tezlikləri  dəstəkləyəcəyi məlum deyil.

Smartfon iyulda mağazalara daxil olacaq. Qiyməti barədə məlumat verilmir. İlk olaraq İspaniyada satışa çıxarılacaq. Sonra “Galaxy Chat”-ın satışına Avropa, Yaxın Şərq, Asiya və Cənubi Amerikanın bütün şəhərlərində başlanılacaq.
 
CAHANGİR




Baxış sayı: 1491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024