12px13px15px17px
Tarix:09/07/12

Gözdən əlillər səsin köməyilə istiqaməti müəyyən edə biləcək

Yerusəlim Universitetinin yəhudi alimləri gözdən əlillərə əminliklə istiqaməti müəyyən etməyə və əhatədə olan vəziyyəti praktik olaraq "görməyə" kömək edən  “EyeMusic” adlı unikal eynək hazırlayıb.

“İCTnews” elektron xəbər xidmətinin “pitbit.ru” saytına istinadən verdiyi məlumata görə, “EyeMusic” eynəyinə yerləşdirilən xüsusi kamera insanın görməli olduğu effektləri fasiləsiz skan edir, xüsusi tənzimçi alınan vizual informasiyanı səslə əvəz edir.

Ayrı-ayrı musiqi tonları istifadəçidən fərqli məsafədə olan müxtəlif rəng və ölçü obyektləri üçün nəzərdə tutulub. Səs siqnalları bilavasitə eynəkdən inteqrasiya edilmiş qulaqlıq vasitəsilə istifadəçiyə ötürülür.

Artıq “EyeMusic” qurğusunun ilk sınaqları keçirilib. Sınaqlarda iştirak edən gözdən əlillər bildiriblər ki, yeni eynəkdən istifadə üçün bir müddət yaradılan səslərin müxtəlifliyinə vərdiş etmək lazımdır.


CAHANGİR




Baxış sayı: 1363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024