12px13px15px17px
Tarix:12/07/12

Nyu-York şəhərindəki taksofonlar “Wi-Fi” çıxış nöqtələri kimi fəaliyyət göstərəcək

Nyu-Yorkda şəhər telefonlarının “Wi-Fi” hot-spotlara çevrilməsi üzrə pilot layihə həyata keçirilməyə başlayır. Taksofonların interneti pulsuz paylayacağı gözlənilir. “GigaOm” bildirib ki, rabitə modulları əvvəlcə şəhərin 3 rayonunda yerləşdirilmiş 10 telefon köşkündə quraşdırılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, taksofonlar simsiz siqnalı 100 metrə qədər paylaya bilən güclü antenalarla təchiz olunub. Taksofonların quraşdırılması ilə “Van Wagner Communications” şirkəti məşğul olacaq. Bir “Wi-Fi” modulun qiyməti 2 min dollar təşkil edir.

Əgər layihə uğurlu olsa, çıxış nöqtəsilə 13 min taksofon təchiz ediləcək. Hazırda Nyu-York hakimiyyəti məktəb, kitabxana və qocalar evini “Wi-Fi” ilə təmin edir, “AT&T” rabitə operatoru isə şəhər parklarının əksəriyyətində simsiz internetə qoşulmaq imkanı yaradır.




EMİL




Baxış sayı: 1601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024