12px13px15px17px
Tarix:17/07/12

İranla ABŞ-ın sualtı robotları mübarizə aparacaq

Amerikalı hərbçilərin Fars körfəzi və Ərəb dənizində yerləşdirdikləri “SeaFox” sualtı robotları strateji əhəmiyyətli Hörmüz boğazının mümkün ola biləcək blokadasına mane olmalıdır.
İran təxminən 2000 dəniz minasından ibarət tam arsenala malikdir.

Onları kater və sualtı gəmilər vasitəsilə quraşdırmaq olar. Bu gəmilərin hərəkətini “iflic” edir və boğazın minalardan təmizlənməsi üçün xeyli vaxt lazım olacaq. Amerikalılar “SeaFox” sualtı robotlarının minaları aşkar edərək məhv edəcəyinə ümid edirlər.

Belə texnologiyalardan indiyə qədər istifadə edilməyib - minalarla mübarizə vasitəsi kimi xüsusi təlim keçmiş delfinlərdən istifadə edilib.

ABŞ-ın Hərbi-Dəniz Qüvvələri onlardan İraqla müharibədə  istifadə edib.
“SeaFox” sualtı robotları müxtəlif modifikasiyalarda hazırlanır.  Onların uzunluğu 1,3 m, çəkisi təxminən 40 kq təşkil edir və 1 kilometrdən çox məsafə qət edə bilər.

Aparatlar televiziya kamerası, hidrolokator və axınla hərəkət edən minaların partladılması qurğusu ilə təchiz edilə, fiber-optik kabel və ya radio vasitəsilə idarə oluna bilər. “SeaFox” akkumulyator vasitəsilə enerji toplayır və 300 metr dərinliyə qədər enə bilər. Suyun altında maksimal sürəti 6 dəniz mili (11 km/saat) təşkil edir.
 
EMİL




Baxış sayı: 1436

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Oktyabr 2024

10 10 2024