12px13px15px17px
Tarix:14/07/11

2015-ci ilədək noutbukların 49%-i 4 nüvəli prosessorla təchiz ediləcək

Stolüstü kompyuter seqmentini ələ keçirən 4 nüvəli prosessorlar indi isə portativ kompyuter sektorunda fəal şəkildə özünə yer edir. “İHS iSuppli” analitik firmasının proqnozuna əsasən, 2015-ci ildə bütün istehsal edilən mobil kompyuterlərin təxminən yarısı 4 nüvəli çiplə təchiz ediləcək.
Ekspertlər 2015-ci ilədək 4 nüvəli prosessorla təchiz edilən noutbukların payının 49%-dək artmasını güman edirlər. Bu, kifayət qədər aşkar artım olacaq. Belə ki, 2011-ci ilin məlumatlarına əsasən, yalnız 9% leptop 4 nüvəli prosessor gücünə malikdir. Əgər faizi rəqəmlə ifadə etmiş olsaq, o zaman 2015-ci ilədək 4 nüvəli çiplə 160 milyon noutbuk istehsal olunacaq, bu da 2011-ci ildə planlaşdırılan həcmdən, demək olar ki, 8 dəfə çoxdur.
Bundan başqa, mütəxəssislər 6 nüvəli prosessorlar əsasında olan modellərin də yayılacağını gözləyirlər. “İHS” analitikləri 2015-ci ilədək belə leptopların payının 18%-ə qədər artacağını proqnozlaşdırırlar.



Baxış sayı: 1110

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024