Tarix:02/08/12
Bununla əlaqədar olaraq, Ekologiya İdarəsi ilə Geofizika və Geologiya İdarəsinin nümayəndələri birgə tədqiqat dəhlizinə düşən rayonlarda, Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Yevlax, Mingəçevir, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayon və Şəhər İcra hakimiyyətlərinin, DTXK–nin rayonlar üzrə şöbələrinin, ETSN Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin, Rayon Meşə Mühafizəsi Bərpası Müəssisələrinin, Dövlət Təbiət Qoruqlarının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə ilkin müzakirə və məsləhətləşmələr həyata keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ARDNŞ-in Ekologiya İdarəsinin məlumatında deyilir.
Keçirilən görüşlərdə layihənin əhatə etdiyi tədqiqat obyektləri olan həssas təbii ərazilər, milli park və dövlət təbiət qoruqları, meşə təsərrüfatı, dövlət, bələdiyyə və şəxsi torpaq sahələri, yaşayış məntəqələri, kommunikasiya xətləri keçən sahələr və s. ərazilərdə mövcud tələblərə əsasən aparılacaq işlər barədə toplantı iştirakçılarına məlumat verilib.
ƏMTQ-nin ilkin mərhələsi olan ekoloji monitorinq tədqiqatları və çöl ekoloji ekspedisiya işləri zamanı ərazilərdə təbii mühitin hazırkı vəziyyətinin kəmiyyət və keyfiyyətinin göstəricilərinin (atmosfer havası, torpaq, su mühiti, radioaktiv fon, səs-küy və s.) öyrənilməsi və “2D” Seysmik Tədqiqat İşləri zamanı vibroseysmik işlərin spesifikası haqqında görüş iştirakçılarına məlumat verib.
Müzakirələr zamanı yerli mütəxəssislərlə birlikdə Azərbaycanın fiziki-coğrafi xəritəsi üzərində, profil xətlərinin keçəcəyi ərazilər müəyyənləşdirilib.
Ekologiya İdarəsi tərəfindən yaxın günlərdə, ƏMTQ-nin ilkin mərhələsi olan ekoloji monitorinq tədqiqatları və çöl ekoloji ekspedisiya işlərinə başlanılmasının nəzərdə tutulduğu barədə məlumat verilib.
CAHANGİR
Azərbaycanda quruda “2D” Seysmik İşlər üzrə sənədin işlənilməsinə başlanılıb
ARDNŞ və “ConocoPhillips Exploration Azerbaijan Ltd” arasında, Azərbaycan Respublikasının quru ərazilərində aparılacaq ikiölçülü (2D) Seysmik İşlər üzrə Birgə Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi layihə sənədinin işlənilməsi üçün razılaşma əldə olunub.Bununla əlaqədar olaraq, Ekologiya İdarəsi ilə Geofizika və Geologiya İdarəsinin nümayəndələri birgə tədqiqat dəhlizinə düşən rayonlarda, Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Yevlax, Mingəçevir, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayon və Şəhər İcra hakimiyyətlərinin, DTXK–nin rayonlar üzrə şöbələrinin, ETSN Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin, Rayon Meşə Mühafizəsi Bərpası Müəssisələrinin, Dövlət Təbiət Qoruqlarının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə ilkin müzakirə və məsləhətləşmələr həyata keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ARDNŞ-in Ekologiya İdarəsinin məlumatında deyilir.
Keçirilən görüşlərdə layihənin əhatə etdiyi tədqiqat obyektləri olan həssas təbii ərazilər, milli park və dövlət təbiət qoruqları, meşə təsərrüfatı, dövlət, bələdiyyə və şəxsi torpaq sahələri, yaşayış məntəqələri, kommunikasiya xətləri keçən sahələr və s. ərazilərdə mövcud tələblərə əsasən aparılacaq işlər barədə toplantı iştirakçılarına məlumat verilib.
ƏMTQ-nin ilkin mərhələsi olan ekoloji monitorinq tədqiqatları və çöl ekoloji ekspedisiya işləri zamanı ərazilərdə təbii mühitin hazırkı vəziyyətinin kəmiyyət və keyfiyyətinin göstəricilərinin (atmosfer havası, torpaq, su mühiti, radioaktiv fon, səs-küy və s.) öyrənilməsi və “2D” Seysmik Tədqiqat İşləri zamanı vibroseysmik işlərin spesifikası haqqında görüş iştirakçılarına məlumat verib.
Müzakirələr zamanı yerli mütəxəssislərlə birlikdə Azərbaycanın fiziki-coğrafi xəritəsi üzərində, profil xətlərinin keçəcəyi ərazilər müəyyənləşdirilib.
Ekologiya İdarəsi tərəfindən yaxın günlərdə, ƏMTQ-nin ilkin mərhələsi olan ekoloji monitorinq tədqiqatları və çöl ekoloji ekspedisiya işlərinə başlanılmasının nəzərdə tutulduğu barədə məlumat verilib.
CAHANGİR
Baxış sayı: 1460
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib