Tarix:13/08/12
Bununla şirkət texnologiyaların ekoloji tələblərə cavab verməsi ilə bağlı qlobal tendensiyaya münasibətini göstərib. Sistemdə işığın elektrik enerjisinə çevrilməsi üçün işıq diodlarından geniş istifadə edilən metal-nitrid yarımkeçirici komponentlər, həmçinin metal katalizator tətbiq edilib. Məlumdur ki, karbon qazı atmosferi çirkləndirən əsas birləşmələrdən biridir.
Bir çox alimlərin qənaətincə, məhz o, qlobal istiləşmənin yaranmasına səbəb olan parnik effektini verir. Adından da göründüyü kimi, süni fotosintez işığın təsiri ilə su və karbon qazını karbohidrata çevirən (misal üçün, şəkərə) canlı ağaclarda baş verən kimyəvi prosesləri imitasiya etməlidir.
"Panasonic"in bəyanatına görə, laborator şəraitdə karbon qazı və suyun qarışqa turşusuna çevrilmə effekti 0,2 % təşkil edib ki, bu da canlı bitki effektinə uyğun gəlir. Şirkət sistemi kommersiya məhsulu həddinə çatdırmağı planlaşdırır ki, bu sistemdən sənaye qurğularında (misal üçün, iri karbon qazı tullantıları ilə yüklənmiş elektrostansiya və ya zibilyandırma zavodlarında) istifadə edilə bilsin.
Şirkət bu sistemlə bağlı artıq Yaponiyada 18, xarici ölkələrdə isə 11 patent alıb. lenta.ru saytının məlumatına görə, sistem Pasadena (Kaliforniya) şəhərində günəş elektroenergetikası üzrə keçiriləcək konfransda təqdim olunacaq.
Süni bitkilər havanı zəhərli qazlardan təmizləyəcək
"Panasonic" şirkəti iri elektrostansiyalar və zibilyandırma zavodlarında havanı karbon qazından təmizləyə biləcək süni fotosintez sistemi hazırlayıb Şirkətdən verilən məlumata görə, bu sistem havanın karbon qazından təmizlənməsi effektivliyinə görə canlı bitkilərdən heç də geri qalmır.Bununla şirkət texnologiyaların ekoloji tələblərə cavab verməsi ilə bağlı qlobal tendensiyaya münasibətini göstərib. Sistemdə işığın elektrik enerjisinə çevrilməsi üçün işıq diodlarından geniş istifadə edilən metal-nitrid yarımkeçirici komponentlər, həmçinin metal katalizator tətbiq edilib. Məlumdur ki, karbon qazı atmosferi çirkləndirən əsas birləşmələrdən biridir.
Bir çox alimlərin qənaətincə, məhz o, qlobal istiləşmənin yaranmasına səbəb olan parnik effektini verir. Adından da göründüyü kimi, süni fotosintez işığın təsiri ilə su və karbon qazını karbohidrata çevirən (misal üçün, şəkərə) canlı ağaclarda baş verən kimyəvi prosesləri imitasiya etməlidir.
"Panasonic"in bəyanatına görə, laborator şəraitdə karbon qazı və suyun qarışqa turşusuna çevrilmə effekti 0,2 % təşkil edib ki, bu da canlı bitki effektinə uyğun gəlir. Şirkət sistemi kommersiya məhsulu həddinə çatdırmağı planlaşdırır ki, bu sistemdən sənaye qurğularında (misal üçün, iri karbon qazı tullantıları ilə yüklənmiş elektrostansiya və ya zibilyandırma zavodlarında) istifadə edilə bilsin.
Şirkət bu sistemlə bağlı artıq Yaponiyada 18, xarici ölkələrdə isə 11 patent alıb. lenta.ru saytının məlumatına görə, sistem Pasadena (Kaliforniya) şəhərində günəş elektroenergetikası üzrə keçiriləcək konfransda təqdim olunacaq.
Baxış sayı: 1533
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib