12px13px15px17px
Tarix:15/08/12

Yeni texnologiyalar qansız əməliyyatların həyata keçirilməsinə imkan verir

Moskvada yaradılmış autohemotransfuzerin köməyi ilə cərrahiyyə əməliyyatı zamanı pasientin yarasından qan çəkilir, yığılır daha sonra filtrasiya edilərək qandan eritrositlər ayrılır və əməliyyat sonrası pasientə təkrar köçürülməsi üçün konteynerlərdə saxlanılır.

Beləliklə, bu, donor qanının köçürülməsi zamanı hepatit, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu), malyariya və s. kimi viruslara yoluxma riskini tamamilə aradan qaldırır.

Aparatın xüsusiyyəti ondan ibarətdir ki, onun işini idarə edən pnevmatikanın üzərində vakuum nasosu və kompressor quraşdırılıb. Bunun sayəsində eritrositlər üçün travmotəhlükəli diyircəkli nasosları "süni ürək" tipli ikikameralı nasos ilə əvəz etmək mümkün olmuşdur.


Aparat həm stasionar, həm də səyyar şəraitdə tətbiq edilə bilər. Bu zaman iki qida mənbəyindən, sənaye şəbəkəsi və 12 V-luq akkumulyatordan istifadə edilir.



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024