12px13px15px17px
Tarix:16/08/12

“Samsung” şirkəti 10 düymlü “Galaxy Note” planşetini istehsal edib

“Samsung” şirkəti avqustun 15-də satışa xüsusi “S Pen” stilusu ilə təchiz edilmiş “Galaxy Note 10.1” planşeti istehsal edib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, planşet çərşənbə günü ABŞ-da satışa çıxarılıb.

16 qiqabayt daxili yaddaşa malik qurğunun qiyməti 500 dollar, 32 qiqabaytlıq modelin qiyməti isə 550 dollar təşkil edəcək. “Galaxy Note” planşeti 10,1 düym diaqonallı ekran, dördnüvəli prosessor və 2 qiqabayt əməli yaddaşla təchiz edilib.
Qurğuya “Android” əməliyyat sisteminin son versiyası quraşdırılıb. “Samsung” şirkəti planşetə Yaponiyanın “Wacom” qrafik planşet istehsalçısının texnologiyasını quraşdırıb.

Bu texnologiya sayəsində ekranda xüsusi qat yaradılıb və o, stilusun sıxılmasına reaksiya verir. İstehsalçılar “S Pen” adlı stilusu yeni qurğunun “ürəyi” adlandırır.

EMİL



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024